“Bu villanı hansı pulla tikib, niyə mənim evimin…” – YAP Siyasi Şura üzvündən Prezidentə şikayət

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

YAP Siyasi Şurasının üzvü, Neft şirkətinin sabiq idarə rəisi Rizvan Vahabov tanınmış şair, professor Vüqar Əhmədi problemlə üzləşdirib.

Bu barədə Vüqar Əhməd sosial şəbəkədəki hesabında məlumat paylaşıb. O, YAP-çının başına belə oyun açdığını yazıb:

“Biz bağda olanda, Neft şirkətinin məşhur işçisi – keçmiş komitə sədri Rizvan Vahabov evinə xüsusi su xətti çəkdirirmiş. Bizim kanalizasiya xətti buna mane olub. Xəttimizi ləğv elətdirib, bloklatdırıb. Bir həftədir, sağ olsun su, idarəsi qazır, fəhlələr tər tökür, bərpa edə bilmirlər. Milyoner Rizvana qonşular deyiblər ki, “burada Vüqar Əhməd qalır, deyib qələt edir, xətti ləğv edin”.
Hara gedək bu məmurların əlindən?
Cənab prezidentə müraciət edirəm: Rizvan Vahabov çoxmilyonluq villasını Bakı neftini oğurayıb, satıb tikdirib. Belələrinin əmlakı müsadirə olunmalıdır”. Məsələ ilə bağl qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.(Mia.az)

Related Articles

050-295-94-79
top