“Yalan ayaq tutar yeriməz”

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

-Söhbət Sumqayıt Evdə Fərdi təhsil məktəbinə qarşı yaradılmış şantajçı kompaniyadan gedir.
“Yalan ayaq tutar yeriməz” demiş babalarımız. Bəli, yalan üzərində qurulmuş hər nə varsa onun kimsəyə zərrə qədər faydası dəymir.
Yalan danışmaq təkcə əxlaqi, mənəvi baxımdan deyil, eləcə də fiziki baxımdan insana zərər vurur. Ədalətli olmaqla dürüst olmaq biri digərini tamamlayan dəyərlərdir. Amerikalı elm adamlarının araşdırmalarına görə, dürüst olmaq insanı sağlamlaşdırır. Elm adamları yalan danışmanın stressə səbəb olduğunu, bunun da yalnız insan psixologiyasına deyil, bədəninə də zərər verdiyini bildirir. Elə söhbət açacağımız məsələ də bəzi şantajçı və böhtançı bir qrup adamın yalan üzərində qurduğu “həqiqətdən” bəhs edir. Sumqayıt evdə fərdi Təhsil” məktəbi haqqında bəzi saytlarda həqiqətə uyğun olmayan, şantaj xarakterli yazılara rast gəldik.
Şantajı və böhtanı özlərinə peşə seçənlər əsassız arqumentlərlə, yalan və böhtan tipli yazılarla çıxış edirlər. Onlar hər dəfə çeynənmiş mövzuları təkrar-təkrar dilə gətirməklə məktəbin uğurlarına kölgə salmağa, müəllim kollektivini ləkələməyə, bu məktəbin cəmiyyətə nə qədər faydalılığını və əhəmiyyətini kiçiltməyə çalışırlar.
Təəssüf ki, bəzi üzdəniraq insanlar, anonim, yəni saxta şikayətçi imzası yaratmaqla təhsil ocağı olan “Sumqayıt evdə fərdi Təhsil” məktəbinin guya işçisinin adından müraciət tərtib edərək müxtəlif yerlərə saxta müraciətlər ünvanlamışlar. Əməkdaşımızın apardığı junalist araşdırması nəticəsində məlum olur ki, Sumqayıt Evdə Fərdi Təhsil Məktəbinin loqoped-defektoloqu Gülayə Cəfərova adlı işçisi yoxdur. Bu da birbaşa təsdiq edir ki, müəllif saxta olduğu kimi yazılan fikirlər də böhtan və şantajdır.
Sözügedən məktəbin ünvanına böhtan xarakterli yazılar verməklə əslində Azərbaycanın evdə fərdi təhsil sahəsindəki uğurlarına və təhsilin inkişafında böyük xidmətləri olan bu məktəbin fəaliyyətinə kölgə salmağa çalışırlar. Saxta müraciət müəllifi düzəldən şantajçı və böhtançı insanların məqsədi bu məktəbin nüfuzuna zərbə vurmaqdır.
Bəzi saytlar da peşə davranış qaydalarını kobud şəkildə pozmaqla, materialı araşdırmamış, müraciət müəllifinin həqiqiliyini dəqiqləşdirməmiş KİV-ri haqqında qanunun tələblərini məhəl qoymamışlar. Məlumdur ki, böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur.
Övladları Sumqayıt Evdə Fərdi Təhsil məktəbinin müəllimləri tərəfindən təhsil alan valideynlər bütün media nümayəndələrini peşə fəaliyyətlərini yerinə yetirərkən məsuliyyətli olmağa, ölkə qanunlarına hörmət etməyə çağırır.
P.S.Sonda isə yalan məlumatları yayan şəxslərə və mətbu orqanlara xatırlatmaq istərdik ki, İmanınız yoxdursa, heç olmasa kişiliyiniz olsun.

AZİA.AZ

Related Articles

050-295-94-79
top