XƏTAİDƏ HEYDƏR ƏLİYEVİN ADINI DAŞIYAN PARKI XARABALIĞA ÇEVİRDİLƏR — ƏRAZİDƏ BİNA TİKMƏK İSTƏYİRLƏR (FOTOLAR)

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakının Xətai rayonunda Ukrayna dairəsinin yaxınlığında yerləşən Heydər Əliyev adına istirahət parkı təhülkəli vəziyyətə salınıb.

Demokrat.az xəbər verir ki, hazırda sözügedən parkdakı yaşıllıq ərazisi təhlükə altındadır.
Qeyd edək ki, bir neçə il öncə yaşayış binasının tikilməsi üçün parkdakı yaşıllığın bir hissəsi məhv edilib. Parkda binanın bünövrəsi qazılıb, beton tökülsə də, işlər sonradan dayandırılıb.
Bir neçə gün əvvəl isə həmin hasarın əhatə dairəsi 2 dəfə genişləndirilib. “Qırmızı xətt”dən içəridə xeyli ağac var, onların vəziyyəti necə olacaq, bilinmir. Xarabalığa çevrilmiş ərazinin hasarının hansı məqsədlə genişləndirilməsi məlum deyil.
Dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilsə də, nəticə olmayıb.
Ümummilli lider Heydər Əliyevin adını daçşıyan park bu vəziyyətə salınırsa, görün digər adları daşıyan parklara münasibət hansı səviyyədədir?!


Related Articles

050-295-94-79
top