Aysel Şükürova TƏKZİB ETDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu günlərdə saytımızda Gununsesi.org saytına istinadən “Bahalı toyu ilə gündəmə gələn Aysel əməliyyat edilib- HƏDSİZ PİYLƏNMƏDƏN ƏZİYYƏT ÇƏKİRMİŞ” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazı ilə bağlı yazıda adı çəkilən Aysel Şükürovanın adından redaksiyamızın elektron poçtuna təkzib məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:
“Bildirmək istəyirəm ki, 05.09.2019-cu il tarixdə yenilik.az saytında mənim barəmdə həqiqətə uyğun olmayan, şərəf və ləyaqətimi ləkələyən, böhtan xarakterli məlumatlar dərc olunmuşdur. Dərc olunan məlumatlarla eyni zamanda konstitusion şəxsi toxunulmazlıq hüququm və bu hüquqdan irəli gələn şəxsi və ailə həyatına hörmət hüququmun pozulmuşdur. Nəzərinizə çatdırıram ki, hər birimizin şəxsi toxunulmazlıq hüququ, şəxsi və ailə həyatına hörmət hüququ vardır və heç bir halda bu hüquq məhdudlaşdırıla və ya ləğv oluna bilməz. Bizim bu hüququmuz “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 8-ci maddəsi və Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsi ilə qorunur. Həmçinin, Azərbaycan Respublikasının “Kütləvi informasiya vasitələri haqqında” Qanununun 10-cu maddəsində Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının “Kütləvi informasiya vasitələri haqqında” Qanununun 44-cü maddəsinə əsasən Kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. O cümlədən, “Kütləvi informasiya vasitələri haqqında” Qanununun 45-ci maddəsində təkzib, cavab və düzəliş verilməsi qaydası öz əksini tapmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası “Kütləvi informasiya vasitələri haqqında” Qanununun 44-cü və 45-ci maddələrinin rəhbər tutaraq, 05 sentyabr 2019-cu il tarixdə yenilik.az saytında “Bahalı toyu ilə gündəmə gələn Aysel əməliyyat edilib- HƏDSİZ PİYLƏNMƏDƏN ƏZİYYƏT ÇƏKİRMİŞ” başlığı altında dərc olunmuş həqiqətə uyğun olmayan, şərəf və ləyaqətimi ləkələyən, böhtan xarakterli məlumatın aşağıdakı formada təkzib olunmasını Sizdən xahiş və tələb edirəm:

“05 sentyabr 2019-cu il tarixdə yenilik.az saytında dərc olunmuş “Bahalı toyu ilə gündəmə gələn Aysel əməliyyat edilib- HƏDSİZ PİYLƏNMƏDƏN ƏZİYYƏT ÇƏKİRMİŞ” başlıqlı yazıda qeyd olunanlar həqiqətə uyğun deyil. Aysel Şükürova “Baku Medical Plaza” klinikasında əməliyyat keçirmişdir. Keçirdiyi əməliyyat zamanı “bədənindən piy çıxarılmamış” və ümumiyyətlə həmin əməliyyatın “piy çıxartma” ilə heç bir əlaqəsi olmamışdır. “Baku Medical Plaza”-dan tələbi isə göstərilməyən xidmətlərə görə ondan əlavə pulun tələb olunması ilə bağlı olmuşdur.”

Related Articles

050-295-94-79
top