Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun Almaniya vergi orqanlarına 11 milyonluq hesabat təqdim edib FOTOFAKT

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova cavab verdi.
Qeyd etmək istəyirik ki, Cavanşir bəyin keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun xaricdə olan şirkətləri barədə araşdırmasına cavab olaraq onun yalan yazdığını və oğlu Lətif Bağırovun xaricdə heç bir biznesi olmadığını yazmışdı.
Teref.az olaraq müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun Almaniyadakı WU Immo Center GmbH şirkətinin üç illik maliyyə hesabatını təqdim edərək yazır:
“Bu gün də Lətif Bağırov nə Almaniyada, nə də İngiltərədə hər hansı mülkün sahibi deyil. İngiltərədə şirkətlərin qurulması üçün cəhdlər edilib, ancaq bu cəhdlər yekunda uğursuzluqla nəticələnib ya da şirkət qeydiyyatdan keçirilib, ancaq fəaliyyət olmayıb. Yazıda göstərilən məlumatlar həqiqəti əks etdirmir”.
Bunu ötən ilin dekabrında oğlunun xaricdəki biznesi ilə bağlı araşdırmalarıma cavab olaraq keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov demişdi.
İndi sizə Lətif Bağırovun Almaniyadakı WU Immo Center GmbH şirkətinin üç illik maliyyə hesabatını təqdim edirəm. Baxın, cənab Bağırovun oğlu 3 il ərzində Almaniya maliyyə idarəsinə şirkəti ilə bağlı nələr təqdim edib. Oğru və yalançını mənzilinə qədər qovarlar. Söhbət təxminən 11 milyon avrodan gedir.”

Teref.az olaraq qarşı trəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az

Related Articles

050-295-94-79
top