İcra başçısının oğlu Kanadada 2,2 milyona ev alıb – FOTOLAR

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkü üzə çıxıb.

Aydınlıq.az azeuronews.com-a istinadən xəbər verir ki, başçı oğlunun şirkəti və mülkü Anar İsmayılovun Kanadanın paytaxtı Torontonun “North York” bölgəsində yerləşir.

Anar İsmayılovun mülkünün 1 milyon 300 min dollar (2 milyon 210 min manat) dəyərində olduğu bildirilir.

Qeyd edək ki, ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri də Saatlının icra başçısı Nazim İsmayılov və ailə üzvləridir. 2001-ci ildən Göyçay, Şamaxı, Sabirabad rayonlarını idarə edən və hazırda Saatlının icra başçısı vəzifəsini tutan Nazim İsmayılovun bu və digər yollarla topladığı milyonları və mülkləri barədə ölkə mətbuatında təkzib olunmayan məlumatlar dərc olunub. Həmin məlumatlarda qeyd olunur ki, icra başçısının Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri var.

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Demokrat.az -a açıqlamasında bildirib ki, özü və oğlu haqqında qeyd olunan məlumatlar əsassız və böhtan xarakteri daşıyır:

“Mən bunları rədd edir, dərc olunan sənədin saxta olduğunu bildirirəm”. 

Related Articles

050-295-94-79
top