Ağsuda “Azəriqaz”a işə düzəltmək adı ilə dələduzluq edilib

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Ağsu rayonunda vətəndaşlara açıq nömrələrdən zəng edilərək Ağsu Regional Qaz İstismarı İdarəsinin (RQİİ) adından sürücü və çilingər işləmək üçün vakansiyaların olduğu bildirilib.
“Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a bildirilib ki, işə götürülmələri üçün müvafiq hesab nömrəsinə 265 manat köçürülməsi təklif edilib.
 Bu vəsaiti hesaba mədaxil edən Ağsu rayonu Kalva kənd sakini RQİİ-yə gələrək idarənin rəhbərliyi ilə görüşüb və aldadıldığını bildikdən sonra hüquq-mühafizə orqanlarına müraciət edib.
Qeyd edək ki, SOCAR-da işə qəbul mərkəzləşdirilmiş qaydada baş ofisin İnsan Resursları Departamenti tərəfindən həyata keçirilir. Şirkətdə mövcud olan vakansiyalar barədə məlumatlar isə rəsmi veb-səhifəsində yerləşdirilir. 

Related Articles

050-295-94-79
top