“Nar” bölgələri yüksəkkeyfiyyətli internetlə təmin etməyə davam edir

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Hər bir abunəçisini keyfiyyətli şəbəkə və mobil internetlə təmin etməyi hədəfləyən “Nar”, Azərbaycanın bölgələrində də mobil şəbəkəsini genişləndirməkdədir. Artıq ən ucqar kəndlərdə belə “Nar”-ın mobil rabitə xidmətlərindən istifadə etmək mümkündür. 
Mobil operator son bu il ərzində regionlarda 460 4G LTE texnologiyalı baza stansiyası quraşdırıb. “Nar”-ın 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63% artıb. 4G internetindən istifadə edənlərin artımı Bakı üzrə 89%, regionlar üzrə isə 116% təşkil edir. ¬¬
Mobil operator şəbəkəsinin keyfiyyətilə yanaşı, rabitə xidmətlərinin hər kəs üçün əlçatan olmasını hədəfləyib. “Nar” bölgələrdə yaşayan əhali üçün təklif etdiyi sərfəli “Yerlim” tarifi abunəçilər tərəfindən xüsusi qiymətləndirilir. Belə ki, son 1 il ərzində tarifə qoşulanların sayı 15% artıb. Artıq yarım milyondan çox abunəçi “Nar”-ın “Yerlim” tarifindən istifadə edir.
Qeyd edək ki, “Yerlim” tarifilə abunəçilər eyni bölgədə yaşayan doğmaları, dostları, bir sözlə, bütün yerliləri ilə dəqiqəsi 1 qəpikdən danışa bilərlər. Tarifə qoşulmaq üçün “Yerlim” yazıb 777 qısa nömrəsinə mesaj göndərmək və ya *777#303#YES kodunu yığmaq lazımdır.
Tarif haqqında ətraflı məlumatı https://www.nar.az/yerlim internet səhifəsindən əldə edə bilərsiniz. 

Related Articles

050-295-94-79
top