Ayan xəstəxanadan FOTO paylaşdı — “Sizin dualarınız sayəsində yaxşı olacaq”

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Qardaşımın o avtomobildən çıxması bir möcüzə oldu”.

“Ölkə.Az” xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva qəzaya düşən qardaşı Samir Babakişiyev haqda bildirib.

Müğənni hazırda Türkiyədə Çanaqaala 18 Mart xəstəxanasında müalicə alan qardaşının vəziyyətinin orta olduğunu qeyd edib: “Hələ ki, vəziyyətimiz ortadır. Müalicələr davam edir. Çünki nəfəs alma problemimiz var. Sizin dualarınız sayəsində yaxşı olacaq. Dua edən hər kəsə, sağ olun, var olun deyirəm. Hər gün 100-lərlə mesajlar, zənglər gəlir. Narahat olub soruşan tanıdığım, tanımadıqlarım – Allah hər kəsdən razı olsun. Mən kimin dost, kimin düşmən olduğunu gördüm.”.

Related Articles

050-295-94-79
top