Bir ailədə 3 general-leytenant — FOTO

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Prezident İlham Əliyevin avqustun 21-də imzaladığı sərəncamla Sabir Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.


Aydınlıq.az Modern.az-a istinadla xəbər verir ki, Sabir Nağıyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin zabitidir.


Sabir Nağıyev 2013-cü ildən indiyə kimi general-mayor hərbi rütbəsi daşıyırdı.


Yeri gəlmişkən, Sabir Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevin qardaşıdır. 


Onların daha bir qardaşı Vəli Nağıyev 2015-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsində işləyir.


Maraqlıdır ki, bugünkü sərəncamdan sonra hər üç qardaş general-leytenant ali hərbi rütbəsində xidmət edəcək. O da maraqlıdır ki, Vəli Nağıyev də Əli Nağıyev kimi ilk ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda alıb. 

Related Articles

050-295-94-79
top