Bakıda pişik balası uşağın ölümünə səbəb oldu

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Sabunçu rayonunun Maştağa qəsəbəsində səkkiz yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb.

Bu barədə Oxu.Az-a Sabunçu rayon Polis İdarəsindən bildirilib.

Məlumata əsasən, bədbəxt hadisə “Ləhic bağları” adlanan ərazidə, 473 nömrəli yaşayış evinin qarşısındakı transformatorun yaxınlığında baş verib.

Hadisə nəticəsində 2011-ci il təvəllüdlü Ələkbər Yusif oğlu Ələkbərov vəfat edib.

Polislərin bildirdiyinə görə, axşam saatlarında uşaq pişik balasını yedirdərkən, heyvan qaçaraq transformatorun arxasına girib. Ələkbər pişiyi götürmək üçün özünü transformator və qaz borusunun arasına saldıqda onu cərəyan vurub. Nəticədə, uşaq yanıb, onun həyatını xilas etmək mümkün olmayıb.

Ə.Ələkbərov bu il ikinci sinfə gedəcəkdi.

Related Articles

050-295-94-79
top