Rəqsanəyə cinayət işi açıla bilər – AÇIQLAMA

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Aysunun açıqlamasında cinayət tərkibi var. Yalnız onun dedikləri sübuta yetirilərsə, cinayət işi açıla bilər”.

Aydınlıq musavat.com-a istinadən xəbər verir k, bu sözləri hüquqşünas Ruslan Əhmədov deyib.

O, bildirib ki, hadisədən illər keçdiyi üçün hadisə ilə bağlı cinayət işi açıla bilməz: “Döyülən tərəflər müəyyən olunmalıdır. Onların aldığı xəsarət dərəcəsi və şikayətçi olub-olmaması önəmlidir. Hadisədən illər keçib. Tərəflər şikayətçi olmayıb. Bundan sonra da şikayətçi olsalar, xəsarət dərəcələri müəyyən oluna bilməyəcəyi üçün cinayət işi açılmayacaq. Çünki xəsarət dərəcəsi yoxdursa, adam döyməklə bağlı maddə (132-ci maddə) məcəllədən çıxarılıb və İnzibati Xətalar Məcəlləsinə əlavə edilib”.

Qeyd edək ki, müğənninin qızı Aysun “Toliklə səmimi” “Youtube” layihəsində anasının ona görə döydürdüyü adamlardan danışıb: “Anam mənə görə adam döydürüb. Onlar buna layiq idilər, ailənin içi olan 3 nəfər idi. Mənə qarşı səhv hərəkət etmişdilər. Anam da onların payını verdirdi”.

Onun açıqlaması birmənalı qarşılanmayıb və sosial şəbəkədə tənqid edilib. 

Related Articles

050-295-94-79
top