YOL POLİSİNDƏ BÖYÜK TƏMİZLƏMƏ: MÜŞFİQ RƏHİMOV QOVULDU

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsində daha bir islahata imza atıb. Qaynarinfo avtosfer.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, polkovnik Müşfiq Rəhimov tutduğu vəzifədən azad edilib. Onun yerinə hələ ki, təyinat olmayıb.
Qeyd edək ki, Müşfiq Rəhimovdan əvvəl onun rəisi, polkovnik Mübariz Şahbazov da işdən çıxarılıb. Mübariz Şahbazov Qİİ-nin rəisi olmaqla yanaşı həm də Baş DYP İdarəsinin rəis müavini idi. Onun yerinə Texniki Şöbənin rəisi, polkovnik-leytenant İlham Rəcəbov təyin edilib.

Xatırladaq ki, zaman-zaman M.Rəhimov haqqında ölkə mətbuatında xeyli tənqidi yazılar dərc olunub və bu baxımdan onun işdən çıxarılması çox müsbət addımdır.

Related Articles

050-295-94-79
top