MÜBARİZ MƏNSİMOV DÜNYADA BİABIR OLDU

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Ötən həftə suya buraxılan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin adını daşıyan, ilk adı Əhməd mahmudov olan, sonradan dəyişdirilib Adriatic Mariner olan, Ukraynada 2015-ci ildə yanacaq qaçaqmalçılığı ilə bağlı cinayət işində adı keçən 21 yaşlı köhnə gəminin batması ilə bağlı xəbər yayılıb.

Yenilik.Az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, sözügedən gəmi İstanbul sahillərində “Doric Warrior” adlı gəmi ilə toqquşub. Toqquşma zamanı Rəsulzadənin adını daşıyan gəmi batmaq təhlükəsizlə üzləşib.

Hazırda gəminin göyərtəsinin su aldığı və batmaq üzrə olduğu bildirilir. Hadisə ilə əlaqədar limanda digər gəmilərin işi dayandırılıb.

İlkin ehtimallara görə, hadisəyə səbəb Məmməd Əmin Rəsulzadənin adını daşıyan gəminin həddindən çox yüklü və köhnə olması olub.

Yenilik.Az Denizhaber-ə istinadən xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəninadını daşıyan gəmi 21 ilin istehsalı olub. Həmin gəmi ilə bağlı Ukraynada yanacaq qaçaqmalçılığı üzrə cinayət işi açılıb.Sonradan həmin gəmi rənglənərək, ona Məmməd Əmin Rəsulzadənin adı verilib. Ancaq “Palmali Group” şirkətlər qrupu sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun adına isə yeni gəmi hazırlayaraq, suya buraxıb.   Mahmudovun xüsusi xidmət orqanlarındakı  mütəşəkkil cinayətkar qrupu ifşa edildikdən sonra Mənsimov 6 min 600 ton ağırlığı olan gəmisini tələsik ADRİATİK MARİNER-ə çevirib. Adriatic marinerin adı isə qaçaqmalçılıqda hallanandan sonra izi itirmək üçün indi də Məmməd Əmin Rəsulzadə kimi bir şəxsiyyətin adını öz maraqları üçün istifadə etməyə başlayıb. Bütün bu addımlarına görə “Palmali Group” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov sosial şəbəkələrdə ciddi tənqid olunub.

Ən maraqlı və gülməlisi budur ki, Mübariz Mənsimov 21 yaşlı, Ukraynada 2015-ci ildə cinayət işində adı keçən Adriatic Mariner adlı gəminin adını dəyişib və rəngləyib suya buraxma mərasiminə Bakıdan heç kimin tanımadığı adamları jurnalist qismində dəvət edib və ya onu aldadıb dəvət ediblər. Bu yerdə adamın yadına Məşədi İbaddan Sərvər bəyi qəzetəsində biabır etmək üçün 100 manat istəyən məşhur qəzetəçi düşür. Qəzetəçi 100 manatını alır, amma axırda Məşədi İbad özü biabır olur.

Gəmilərin xüsusiyyətlərinə nəzər salaq:

Adı: DORIC WARRIOR

IMO:  9453511

MMSI:  636014806

Çağrı İşareti:  A8WQ4

Bayrak:  Liberia [LR]

AIS Gemi tipleri:  Cargo

Brüt Tonaj (GRT):  51208

Detveyt:  93115 t

Tam Boy x Tam Genişlik:  230m × 38.06m

Yapım Yılı:  2010

Adı: MAMMAD AMIN RESULZADEH

IMO:  9175157

MMSI:  636019495

Çağrı İşareti:  D5UU2

Bayrak:  Liberia [LR]

Brüt Tonaj (GRT):  4606

Detveyt:  6623 t

Tam Boy x Tam Genişlik:  129.3m × 16.5m

Yapım Yılı:  1998

Sonda qəzaya düşən gəmilərin, həmçinin Məmməd Əmin Rəsulzadə adlandırılan gəminin əvvəlki adı ilə olan şəklini və haqqında Ukraynada millət vəkilinin hüquq-mühafizə orqanlarına yazdığı cinayətlə bağlı xəbərdarlıq məktubunun fotolarını təqdim edirik:

gemi_kazasi_1.jpg
gemi_kazasi_2.jpg
одесса контрабанда
одесса контрабанда
одесса контрабанда

Related Articles

050-295-94-79
top