“Veysəloğlu”nun şirkəti 48 min avro cərimələndi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Maliyyə Bazarlarına Nəzarət Palatası “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan şirkəti xarici ölkə ilə valyuta əməliyyatları ilə bağlı cərimələyib.

“Veysəloğlu Yaycılı Qardaşlar” MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinməklə 48 129 Avro məbləğində cərimə edilib.

Lakin, Bakı şəhəri Nizami rayon Məhkəməsində 18 iyun 2019-cu il tarixli qərarara “Veysəloğlu Yaycılı Qardaşlar” MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə şikayət edilib, məsələyə orda baxılacaq.

İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. (Banker.az)

Related Articles

050-295-94-79
top