“BU QANUN-QAYDASIZ TİKİNTİLƏR RAHATLIĞIMIZI POZUB…” – Abşeron İcra Hakimiyyətindən şikayət (FOTO)

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Abşeron rayonu Masazır qəsəbəsi, Süleyman Rüstəm küçəsində yaşayan bir qrup sakin “AzPolitika.info”ya müraciət edərək, evlərinin ətrafında heç bir normaya uyğun gəlməyən tikintinin aparılmasından şikayət ediblər.

Şikayətçilər bildirirlər ki, həmin küçədə olan 10 sot boş ərazini alaraq tikintiyə başlayanlar ətrafda yaşayan insanlara problem yaradırlar: “Bir qədər əvvəl həmin ərazidə çox sıx şəkildə yaşayış evlərinin tikintisinə başlayıblar. Həmin evləri tikənlər heç bir qaydaya, normaya əməl etmirlər. Nə tikdikləri yeni evlərin arasında, nə də ətrafdakı yaşayış evləri ilə aralarında normalara uyğun məsafə qoymurlar. Hətta yeni tikilən evlərin divarlarını uzun illərdir ətrafda yaşayan insanların evlərinin divarlarına bitişdirirlər. Bununla bağlı dəfələrlə şikayət etsək də, qarşısı alınmır. Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə gedərək, arxitektorla görüşüb şikayətimizi bildirmişik. O da guya ərazi üzrə icra nümayəndəliyinə tikintilərin dayandırılmasını tapşırdı. Ərazi nümayəndəsi də gələrək, tikintni dayandırmağı tapşırıb getdi. Ancaq o gedəndən sonra tikintini əvvəlki kimi davam etdirdilər. Deyirlər ki, “hara istəyirsən şikayət et, biz istədiyimiz kimi tikəcəyik”. Deyirik, heç olmasa hasarlara bitişik tikməyin, buna da razı olmurlar”.

Şikayətçilərin sözlərinə görə, ərazidə tikinti aparanlar tez başa çatdırmaq üçün gecə də iş gördürürlər. Bəzən gecə saat 12-də gətirib daş boşaldırlar, səhərə yaxın 5-də səs-küylü formada tikintiyə başlayırlar. “Dəfələrlə narazlılığımızı bildirsək də, hətta “102” xidmətinə zəng vursaq da, nəticəsi olmayıb. Ona görə mətbuat vasitəsilə şikayətimizi ictimaləşdiririk ki, bəlkə əlaqədar orqanlar səsimizi eşidib, tədbir görələr”.

Şikayətçilər hesab edirlər ki, bu qanun-qaydasız tikintilər Abşeron Rayon İcra Hakimiyyətinin razılığı əsasında aparılır. Ona görə şikayətlərinə əhəmiyyət verilmir./AzPolitika.info

IMG-20190805-WA0002
IMG-20190805-WA0005
IMG-20190805-WA0008
IMG-20190805-WA0010
IMG-20190805-WA0011
IMG-20190805-WA0013
IMG-20190805-WA0014

Related Articles

050-295-94-79
top