Azərsun Holdinqin duzları ilə bağlı dəhşətli iddia təsdiqlənir-VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Dünən Demokrat az saytının dərc etdiyi Kanal13 İnternet televizyasının reportajında qeyd olunurdu ki, Masazır sakinlərinin bildirdiyinə görə, hazırda Masazır gölü ətrafında yerləşən bahalı villaların kanalizasiya tullantıları sözügedən mənbəyə axıdılır. 

Sakinlər bildirir ki, Azərsun Holdinqə məxsus olan “Bizim duz” və “Azərduz” markaları məhz bu göldən toplanılan duzlardan hazırlanır. 

Yenilik.Az ilk gündən həm Azərsun Holdinqin, həm də AQTA-nın mövqeyini öyrənmək üçün cəhd edib, hər iki qurumun elektron ünvanlarına mövqe bildirmələri üçün müraciət göndərib. Azərsun Holdinqin mətbuat xidmətinin rəhbəri Rza Məmmədovla telefon əlaqəsi saxladıqda isə Azərsun əməkdaşı xaricdə olduğunu, lakin mətbuat xidmətinin gün ərzində açıqlama yayacağını bildirsə də, dünəndən bu günədək heç bir açıqlama redaksiyamıza daxil olmayıb. AQTA mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva isə Yenilik.Az-a açıqlamasında araşdırma apardıqdan sonra açıqlama verə biləcəklərini söylədi.

Bu gün bir daha Azərsun mətbuat xidmətilə əlaqə saxlamq istəsək də zənglərimizə cavab verilmədi. Məsələyə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdan münasibət bildirməsini istədik. E. Hüseynov açıqlamasında həqiqətən də kanalizasiya sularının duz gölünə axıdıldığını təsdiqlədi və bunu arzuolunmaz hal adlandırdı. Açıqlamanın tam videosunu təqdim edirik.

Azərsun Holdinq və AQTA-nın mövqeyini də dərc etmək üçün səbirsizliklə gözləyirik.

Related Articles

050-295-94-79
top