Azərsun Holdinq duzları kanalizasiya suyundan toplayır?-ŞOK VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərsun Holdinqin inşa etdirdiyi Masazır Duz Zavodunun əsas xammal mənbəyi sayılan Mazasır gölü ekoloji fəlakətlə üzləşib. 


Bu barədə Demokrat.az-a Masazır sakinləri müraciət ediblər. 


Sakinlər qeyd edir ki, hazırda Masazır gölü ətrafında yerləşən bahalı villaların kanalizasiya tullantıları sözügedən mənbəyə axıdılır. 


Sakinlər bildirir ki, Azərsun Holdinqə məxsus olan “Bizim duz” və “Azərduz” markaları məhz bu göldən toplanılan duzlardan hazırlanır. 


Yenilik.Az məsələ ilə bağlı Azərsun Holdinqlə telefon əlaqəsi saxladıqda gün ərzində açıqlama yayacaqlarını bildirsələr də, təəssüf ki, heç bir açıqlama redaksiyamıza daxil olmadı.

AQTA-dan isə bildirildi ki, araşdırma apardıqdan sonra bu barədə məlumat verəcəklər.

#Azərsun Holdinq duzları kanalizasiya suyundan toplayır?-DƏHŞƏTLİ GÖRÜNTÜLƏR #”Azərsun Holdinq” #”Azərduz”

Related Articles

050-295-94-79
top