“Şərurlu İsfəndiyar”ın uşaqlarının “Bentley” kolleksiyası – Fotolar

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bir müddət əvvəl şəhid ailəsinin evini əlindən almaqla gündəmə gələn “Şərurlu İsfəndiyar” bu gün oğlunun “Bentley” markalı yarım milyonluq maşınla törətdiyi qəza ilə yenidən diqqət mərkəzinə çevrilib.

“Yeni Sabah” qeyd edir ki, bu gün iş adamının oğlu Allahverdi Axundov 10 VO 200 nömrə nişanlı maşınla su kanalına düşüb.

Ümumiyyətlə Azərbaycanda nömrəsi 200-lə bitən bahalı maşınların hamısı Axundovlar ailəsinə məxsusdur. Bu haqda aşağıda fotoları da təqdim edəcəyik.

Həmin maşınların əksəriyyəti isə məhz “Bentley”dir. Axundovlara məxsus olduğu bildirilən dövlət nömrə nişanları: 

10 VK 200 

10 VV 200 

10 UU 200 

10 EA 200 

10 DR 200 

10 OX 200 

10 OV 200 

10 LN 200 

10 KO 200 

10 VO 200 

İş adamının oğlanları Allahverdi və Şahin axundovlar sosial şəbəkələrdə “200” seriyalı lüks maşınların fotolarını payıaşırlar. Onların içərisində “Lamborghini Aventador”, “Ferrari 458 Speciale”, “Mercedes”, “Maseratti”, “Audi” və qeyd etdiyimiz kimi, “Bentley” var. Bu maşınların start qiyməti 300 mindən başlayır və 800 minə kimi qaldır. 

Hətta bir neçə il əvvəl “Şərurlu İsfəndiyar”ın oğlu Allahverdi universitetə 650 min dollarlıq “Lamborghini Aventador” ilə getmişdi və bu medianın gündəminə düşmüşdü. O zaman bu hadisəyə “lap elə vertolyotum da var” deyə reaksiya vermişdi.

Qeyd edək ki, “Şərurlu İsfəndiyar”ın adı mətbuatda daim qalmaqallar da hallanıb. Bakıda tikinti sektorunda geniş paya sahib olan Axundovun şirkətlərində dəfələrlə sakinlərə məxsus mənzillərin bir neçə nəfərə satılması, alqı-satqı işləri zamanı vətəndaşalrın aldadılması məsələsi gündəmə gəlib.

Oxucuların yadına illər öncə baş vermiş bir kriminal hadisəni də salaq: İş adamının oğlu Şahin Axundov 2005-ci ildə Türkiyə səfirliyinin önündə Anar İsmayılovun avtomobilini gülləborana tutmuşdu. 

Həmin vaxt Prezident İlham Əliyevin məsələyə qarışması ilə Şahin Axundov həbs olundu, 5 il cəza çəkdikdən sonra azadlığa çıxdı. Lakin Şahin Axundovun cəzasını elə azadlıqda çəkdiyinə dair informasiyalar da var idi. Yəni kimlərsə “Şərurlu İsfəndiyar”ın xahişlərini yerə salmamışdı. 

İndi isə Axundovların avtomobil kolleksiyasından seçmələri təqdim edirik:

“Şərurlu İsfəndiyar”ın uşaqlarının “Bentley” kolleksiyası -

Related Articles

050-295-94-79
top