İcra başçısına qarşı ŞOK İTTİHAMLAR – Suraxanıda hektarlarla torpaq sahəsi necə və kimlər tərəfindən ələ keçirilərək, satılıb…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı şəhər sakini, Hövsan qəsəbəsi, Çöllük küçəsi, ev 45 ünvanında yaşayan Rzayev Rəşid Əbil oğlu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 12 ünvanında yaşayan Babayev Vaqif Zaman oğlu və Hövsan qəsəbəsi, Kolxoz küçəsi, ev 28 ünvanında yaşayan Rzayev Hacı Murad Ağabala oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçilər yazırlar:

Hörmətli Prezident!

Bildiririk ki, 11.06.2008-ci ildə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Suraxanı rayonunun Hövsan qəsəbəsində fəaliyyət göstərdiyimiz təsərrüfatların yanında çosaylı adamların gözləri qarşısında guya Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbova verdiyi tapşırığa uyğun olaraq Zığ Dairəsi-Hövsan-H.Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun ətrafında aparılacaq abadlıq işləri ilə əlaqədar yolboyu təsərrüfatların bütün bina və tikililərinin təcili söküləcəyi bildirilib. Elə bu adla da heç bir qanuni əsas olmadan və vaxt-vədə verilmədən birbaşa göstərişi əsasında Suraxanı RİHB-nın 1-ci müavini Hüseyn Həsənovun və Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifəli şəxsi Fəraim Mirzəyevin rəhbərlikləri altında bir qrup şəxs tərəfindən həmin yoldan 500-1500 metr aralı məsafədə yerləşən fəaliyyət göstərdiyimiz bütün təsərrüfatların bina və tikililərinin, anbarlarının bağlı qapılarının qıfılları sındırlıb. Heç bir müvafiq sənəd tərtib edilmədən həmin tikililərdə olmuş şəxsimizə məxsus külli miqdarda əşya, əmlak, material və avadanlıqları soyğunçuluqla talan edib, sonra ağır texnika yeridib bütün tikililəri söküb dağıdıb, təsərüfatlardakı həm dövlətə, həm də şikayətçilərə məxsus olmuş tikinti materiallarını, əşya və avadanlıqları və sair qiymətli əşyaları heç bir müvafiq sənəd tərtib etmədən özlərinə məxsus əşya-əmlak sayaq müəyyən hissəsini yerindəcə nağdı pul verən hər kəsə satıblar. Qalanlarını isə özlərinin bildikləri yerlərə daşıtdırıb aparmaları, torpaq sahəsində ev tikmək üçün müraciət etmiş vətəndaşlardan torpaq sahəsinin sənədlərini, o cümlədən torpaq sahəsinin istifadədə, icarədə və ya mülkiyyətdə olduğuna dair sənəd təqdim olunmasını tələb edən Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı İlqar Abbasovun şəxsi maddi marağına görə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək heç bir torpaqayırma sənədi olmayan torpaqlarda üç mərtəbəli şadlıq sarayının və digər qeyri-yaşayış sahələrinin tikintisinə 24.05.2010-cu il tarixli 88 nömrəli qeyri-qanuni icazə Sərəncam verməsi, Hövsan Bələdiyəsinin mülkiyətinə verilməli olan torpaq sahələri, dövlət torpaqları, kommunikasiyalar, o cümlədən yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zolaqları yazılmamış əsaslarla qara bazar qaydaları ilə satıb pullarını mənimsənilib. Dövlətə məxsus sənədsiz torpaqlarda qanunsuz, özbaşına fərdi yaşayış evlərinin tikintisinə qeyri-rəsmi icazələr verilməsi, Hövsan qəsəbəsində Hövsan Olimpiya İdman Kompleksinin yanındakı ərazidə Hövsan Bələdiyyəsinin mülkiyyətinə verilməli olan 12,0 hektar torpaq sahəsinin adı gizli saxlanılan qurumun gizli saxlanlan qərarı ilə Dövlət Neft Şirkətinə fərdi yaşayış evlərinin tikintisi üçün verilməsi və Hövsan Bələdiyyəsinin mülkiyyətinə verilməli olan 5,0 hektar torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinnin adı gizli saxlanılan sərəncamı ilə şəhid ailələrinə, müharibə əlillərinə, müharibə veteranlarına verilməsi adı altında Hövsan Bələdiyyəsinə verilərək, sonra da Suraxanı RİH-nin, Bakı ŞİH-nin və Hövsan Bələdiyəsinin rəhbərlikəri tərəfindən qara bazar qaydaları ilə satılıb pullarını mənimsəmələri, Hövsan Bələdiyyəsinin rəhbərliyinin sənədsiz evlərdən, torpaqlardan qeyri-qanuni əmlak və torpaq vergiləri toplaması haqqında uzun illərdir davam edən çoxsaylı şikayətlərimizə Suraxanı rayon prokurorluğu tərəfindən baxılmır.

Suraxanı rayon prokurorluğunun rəhbərliyi Suraxanı RİH-nin rəhbərliyi ilə əlbir şəkildə nə qanunlara, nə Suraxanı rayon məkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının, nə də Bakı şəhər prokurorluğunun qanuni qüvvəyə minmiş qərarları ilə müəyyən olunmuş icrası məcburi olan göstərişləri saya salmır, onlara məhəl qoymur, əməl etmir.

Belə ki, şikayətimiz əsasında çıaxarılmış Suraxanı rayon məhkəməsinin 22.12.2014-cü il tarixli 6(010)-12/2014 saylı qərarının 3-4-cü səhifələrində deyilir: “…aparılmış ilkin araşdırma nəticəsində Suraxanı rayon prokurorunun böyük köməkçisi İbrahim İsmayılzadənin 27.05.2012-ci il tarixli qərarı ilə AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir”.

Həmin qərardan Rzayev Rəşid Əbil oğlu və qeyriləri Suraxanı rayon məhkəməsinə şikayət vermiş və məhkəmənin 10.10.2012-ci il tarixli qərarı ilə rayon prokurorunun böyük köməkçisi İbrahim İsmayılzadənin 27.05.2012-ci il tarixli qərarı ləğv edilərək material əlavə yoxlama aparılması üçün rayon prokurorluğuna qaytarılmışdır. 133-c-12 saylı materialdan həmçinin görünür ki, rayon prokurorunun böyük köməkçisi İbrahim İsmayılzadə material üzrə əlavə yoxlama apararaq 20.11.2012-ci il tarixdə cinayət işi başlanmasının rdd edilməsi haqqında qərar qəbul etmişdir.

Materialdan həmçinin görünür ki, ilkin yoxlama materialı nəzarət qaydasında Bakı şəhər prokurorluğu tərəfindən tələb edilib öyrənilərkən həmin qərar, məhkəmənin 10.10.2012-ci il tarixli qərarında göstərilmiş, həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən hallar araşdırılmadığından qanunsuz və əsassız hesab edilərək 20.02.2013-cü il tarixli qərarla ləğv edilərək material əlavə yoxlama aparılması üçün rayon prourorluğuna qaytarılmışdır.

Məhkəmənin 10.10.2012-ci il tarixli qərarında isə əlavə yoxlama aparılması barədə göstərişlər – Suraxanı RİH-nin vəzifəli şəxslərinin və söküntü aparmış işçilərinin izahatlarının alınması, söküntünün hansı əsaslarla aparılması, söküntü materiallarının və avadanlıqların hara aparılması, harada saxlanılması, qanunsuz verilmiş torpaq sahələrinə baxış keçirilməsindən ibarət olmuşdur.

Bundan sonra rayon prokurorunun köməkçisi A.Cəfərov tərəfindən əlavə yoxlama aparılaraq Mustafayev Maxmad Musa oğlunun, Bədəlov Elçin Əhməd oğlunun, Babayev Vaqif Zaman oğlunun, Rzayev Hacımurad Ağabala oğlunun Suraxanı RİHB-nın Hövsan qəsəbə nümayəndəsi Əliyev Ağasəlim Balakərim oğlunun izahatları alınmış, Suraxanı RİH-nə və Əmlak Məsələləri Dövlət Komitəsinə sorğular göndərilərək sözügedən göstərişlərlə bağlı arayış tələb edilmiş, sonda cinayət işi başlanmasının rədd edilməsi haqqında 30.04.2013-cü il tarixli qərar qəbul edilmişdir.

Bununla belə Suraxanı rayon məhkəməsinin 10.10.2012-ci il tarixli qərarında göstərilmiş bir sıra göstərişlər öz həllini tapmamışdır.

Belə ki, materialda olan rayon prokurorluğunun ətraflı arayış verilməsi ilə bağlı Suraxanı RİH-nə göndərdiyi sorğuya sonuncu tərəfindən verilmiş 20.04.2013-cü il tarixli 1/494 saylı cavab məktubunda göstərilmişdir ki, Zığ Dairəsi – Heydər Əlyev Beynəlxalq Hava Limanı avtomobil yolununətrafının abadlaşdırılması zamanıdövlətə məxsus yardımçı təsərrüfatların, o cümlədən “Yeni BEMZ” ASC-yə məxus yardımçı təsərrüfatların sökülməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılmışdır.

ƏMDK-nin rayon prokurorluğunun eyni xarakterli sorğusuna verdiyi 24.04.2013-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, sözügedən ərazidə abadlıq işlərinin aparılması və yolun genişləndirilməsi məqsədi ilə aparılmışsöküntü işləri Nəqliyyat Nazirliyivə Bakı ŞİH tərəfindən aparılmışdır”.

Göründüyü kimi, Suraxanı rayon İcra Hakimiyyəti (RİH) yardımçı təsərrüfatların söküntüsünun ƏMDK tərəfindən aparıldığını bildirsə də, sonuncu həmin işlərin onlar tərəfindən deyil, Nəqliyyat Nazirliyi və Bakı ŞİH tərəfindən aparıldığını qeyd etmişdir. Hər iki dövlət qurumunun mövqeyi cinayət işi başlanmasının rədd edilməsi barədə 30.04.2013-cü il tarixli qərarda olduğu kimi göstərilsə də, məhkəmə qərarında qeyd edilmiş göstərişlərin həllinə xidmət etməmiş, yəni həmin arayışlar söküntünün hansı əsaslarla aparılmasına, söküntü materiallarının və avadanlıqların hara daşınmasına və harada saxlanılmasına aydınlıq gətirmədiyi, əksinə əlavə ziddiyyətli məqamlar ortaya çıxardığı halda nəticədə cinayət işi başlanmasının rəd edilməsi barədə qərarın əsaslarından biri kimi çıxış etmişdir.

Qeyd olunanlardan görünür ki, həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən hallar kimi qiymətləndirilərək həm məhkəmə, həm də Bakı şəhər Prokurorluğu tərəfindən əvvəlki qərarların ləğv edilməsində əsas olmuş hallar rayon prokurorunun köməkçisi A.Cəfərov tərəfindən əlavə yoxlama aparılarkən tam və hərtərəfli araşdırılmamışdır. Məsələn, iki dövlət orqanının məktubunda söküntünün Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun ətrafının abadlaşdırılması məqsədi ilə aparıldığı bildirilsə də, söküntü işlərinin aparılması üçün mövcud olan qanuni əsas tələb edilərək yoxlama materialına əlavə edilməmiş, şikayətçilərdən onlara məxsus olduqlarını bildirdikləri avadanlıqların adları və çeşidləri barədə ətraflı izahatlar alınmamış, söküntü işlərinin Nəqliyyat Nazirliyi və Bakı ŞİH tərəfindən aparılıb-aparılmaması yoxlanılmamış, söküntüdən sonra avadanlıqların hara aparıldığı və saxlandığı yer müəyyən edilməmişdir”.

Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 02.03.2018-ci il tarixli 6(103)-29/2018 saylı qərarında deyilir: “Suraxanı rayon prokurorluğu tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilən ərazidə yerləşmiş tikililərin nə vaxt, hansı əsasla və kimlər tərəfindən sökülməsi, bu zaman orada yerləşmiş əmlak və avadanlıqların haraya aparılması və hazırda harada saxlanması, hazırkı vəziyyətinin araşdırılması haqqında göstərişlərinə əməl olunmamışdır.

Suraxanı rayon prokurorluğu tərəfindən 133-c-12 nömrəli material üzrə qəbul olunmuş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 27.05.2012-ci il tarixli qərarın 2-ci səhifəsinin 8-ci abzasında bildirilir ki, vətəndaş Rzayev Rəşid Əbil oğlunun, Babayev Vaqif Zaman oğlunun və Rzayev Hacımurad Ağamalı oğlunun yardımçı təsərrüfatlarının Suraxanı RİHB-nın göstərişi ilə sökülməsi barədə müraciətləri üzrə araşdırma zamanı həmin söküntünün DƏK tərəfindən aparıldığı müəyyən edilmişdir.

Suraxanı rayon prokurorluğu tərəfindən saymazyanalıq göstərilərək Suraxanı rayon məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının və Bakı şəhər prokurorluğunun yuxarıda göstərilən qanuni qüvvəyə minmiş qərarlarının icrası məcburi olan göstərişlərinin heç birinə məhəl qoyulmur. Bu günə qədər Suraxanı RİHB İlqar Abbasovun, Suraxanı RİHB-nın 1-ci müavini Hüseyn Həsənovun, Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifəli şəxsi Fəraim Mirzəyevin izahatları alınmamış, əmlakımız axtarılmamış, əmlakımızın yığıldığı anbarların yerləri müəyən edilməmiş, əmlakımızın hazırkı vəziyyəti aydınlaşdırılmamış, günahkar şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunmamış, pozulmuş hüquqlarımız bərpa olunmamış, bizə vurulmuş madi ziyanın əvəzi ödənilməmişdir.

Həmçinin biz şikayətçilər şikayətimizdə məlum söküntünün Suraxanı RİHB İlqar Abbasovun birbaşa göstərişi ilə Suraxanı RİHB-nın 1-ci müavini Hüseyn Həsənovun rəhbərliyi altında bir dəstə adam tərəfindən aparıldığını göstərmiş, söküntüdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə, başqa aidiyyatı qurumlara mətbuat orqanlarına şikayətlərimizdən sonra, 08.08.2008-ci il tarixdə Suraxanı RİHB İlqar Abbasov biz şikayətçilər Rəşid Rzayevi və Vaqif Babayevi Suraxanı RİH-nə dəvət etmiş və müavinləri, Suraxanı rayonunun digər rəhbər vəzifəli şəxsləri ilə bizi qəbul etmiş, bizə ziyan vurulduğunu etiraf edib. O, baş verənlərə görə bizdən üzr istədi, bizə vurulmuş ziyanın kompensasiya olunacağı barədə dövlət başçısı cənab İlham Əliyevin qarşısında vəsatət qaldıracağını, başqa yerdə bizim üçün təsərrüfatlar təşkil edəcəyini vəd etmiş, söküntü vaxtı fəaliyyət göstərdiyimiz təsərrüfatlardan apardıqları və özlərinə məxsus yerlərdə saxladıqları bir çox əşya və avadanlıqlarımızın, böyük qabaritli su çənlərimizin bizə qaytaracağına dair tapşırıqlar vermiş, vədinə əməl edəcəyi barədə and içmiş və bizdən şikayətlərimizi saxlamağı xahiş etmişdir. Lakin verdiyi sözə və vədinə əməl etməmişdir. Suraxanı RİHB İlqar Abbasovun və onun 1-ci müavini Hüseyn Həsənovunv izahatlarının alınması haqqında əsaslandırılmış vəsatətimizə prokurorluq tərəfindən nəinki baxılmamış, heç bir münasibət bildirilməmişdir.

133-c-12 saylı yoxlama materialı əsasında “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 27.05.2012-ci il tarixli və 20.11.2012-ci il tarixli qərarlar çıxarmış Suraxanı rayon prokurorunun böyük köməkçisi İbrahim İsmayılzadə biz şikayətçilər Rəşid Rzayevin, Vaqif Babayevin və Hacı Murad Rzayevin sulına cavab olaraq bildirdi: kimin hünəri var ki, Suraxanı RİHB İlqar Abbasovdan izahat alsın?

Suraxanı RİHB-nın Hövsan qəsəbə icra nümayəndəsi Ağasəlim Əliyev izahatında göstərmişdir ki, İlqar Abbasov söküntüdə iştirak etməmişdir. Sual olunur ki, görəsən Ağasəlim Əliyev İlqar Abbasovun səlahiyyətli nümayəndəsi olmuşdur ki, onun əvəzinə danışır? Mobil Süleymanov və Ağasəlim Əliyev izahatlarında onların vəzifələrinin söküntü yerində təsərrüfat rəhbərlərini DƏK-nin söküntünü aparan vəzifəli şəxsləri ilə görüşdürməkdən ibarət olduğunu bildirdikləri halda, onların hansı əsasla və kimin göstərişi əsasında söküntü yerində olduğu barədə izahatları alınmamışdır.

Məlum söküntünün heç bir qanuni əsas olmadan açıq-aşkar aparıldığı, heç bir müvafiq sənəd tərtib edilmədən söküntü yerindən götürülmüş dövlətə və şikayətçilərə məxsus əşya-əmlakın soyğunçuluqla talan edilməsi təkzibolunmaz faktlardır.

AR Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə görə özgə əmlakını açıq talama soyğunçuluqdur.

“Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun3 mart 2005-ci il tarixli 1 saylı Qərarının 3-cü bəndinə görə, AR CM-nin 180-ci maddəsi (soyğunçuluq)ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması təqsirkar mülkiyyətçnin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq, təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar onun əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər.

Suraxanı rayon prokurorluğu tərəfindən şikayətimizin Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun başçılığı altında Hövsan Bələdiyyəsinin mülkiyyətinə verilməli olan, dövlətə məxsus olan torpaq sahələrini, kommunikasiyaların, o cümlədən yüksək gərginlikli hava elektrik xətlərinin mühafizə zolağında olan torpaq sahələrini yazılmamış əsaslarla qara bazar qaydaları ilə qeyri-rəsmi formada satıb mənimsəmələri, hüquqmüəyyənedici sənədi olmayan torpaq sahələrində tikintiyə, o cümlədən qeyri-yaşayış sahələrinə qeyri-qanuni icazə sərəncamları vermələri, sənədsiz torpaq sahələrində qanunsuz, özbaşına fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin tikintisinə qeyri rəsmi icazələr verməsi və başqa qanunsuz əməlləri haqqında hissəsi üzrə heç bir araşdırma aparılmır və heç bir münasibət bildirilmir.

Şikayətimizə qanunauyğun baxılmasını, pozulmuş hüquqlarımızın bərpa olunmasını, bizə vurulmuş maddi ziyanın ödənilməsini və günahkar şəxslərin barələrində qanuna müvafiq tədbir görülməsini xahiş edirik”.

Redaksiyadan: Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

#İcra başçısına qarşı ŞOK İTTİHAMLAR – Suraxanıda hektarlarla torpaq sahəsi necə və kimlər tərəfindən ələ keçirilərək, satılıb…

Related Articles

050-295-94-79
top