Nərimanov Icrada Mediaya Aylıq Dəstək Projesi – Icra Başçısı Və Müavinin Yardım Boxçasındakı ƏNAMın Tavandakı GÖZÜ

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Nərimanov rayn icra hakimiyyətl başçısının I müavini Şahmar İbadov ölkə mediasına nəinki rayon icra hakimiyyəti başçıları, bəlkə nazirlər qədər tanış olan isimdir. Normalda bu tanıtımı məmur işgüzarlığı, təşkilatçılıq bacarığı ilə əlaqələndirmək olardı. Lakin…

Vəzifə olimpinə gözlənilmədən yüksələn bu şəxsin MM-dən başlayan fəaliyyətindən, indiki görəvinə qədər nəzər salsaq gəlinən nəticə Şahmar İbadovun gizli qüvvə tərəfindən dəstəkləndiyi yəqinliyinə gələrik. Əslində bu araşdırmanı, İbadovdan məqsədləri olan digər “araşdırmaçıların fundamental yazılarından” fərqli rakursda yazmağımızın da bir məqsədi var: MÜƏMMALARDAN HƏQİQİ NƏTİCƏLƏR ƏLDƏ ETMƏK.
Qeyd edim ki, hələ sovetlər dönəmindən paytaxt əhalisinin istirahət məkanlarından biri olan, olduqca geniş əraziyə malik “Montin parkı” adlanan böyük yaşıllığın soyqırımı başlayanda əraziyə bu günə qədər də davam edən oliqarx “hücumları” oldu. On illərlə yaşı olan ağaclar ərazidən kəsilib daşındı, yerində dəyəri milyonlarla ölçülən villalar tikildi. Proses bu gün də davam edir. Ola bilsin ki, dəyərli oxucu bu prosesə ölkə boyu cəzasızlığın yaratdığı özbaşınalığın bir nümunəsi kimi baxa bilər. Əsində isə bu prosesin arxasında məqsədli dostluq tellərinin yaranması durur. Şahmar İbadov Abdin Fərzəliyevə bu sərəncamları imzalatdırmaqla həm pul qazandırır, həm də özünun bir zamanlar edəcəyi xahişlər üçün ətraf formalaşdırırdı.
Tam səmimi deyə bilərəm ki, ölkə mediasının böyük əksəriyyəti bilir ki, “mediaya aylıq dəstək” projesinin ilk müəllifi Nərimanov rayon İcra hakimiyyəti başçısının I müavini Şahmar İbadovdur. Hər ay davam edən proses I müavinin 4-cü mərtəbədəki kabinetinin qəbul otağında əyləşən gənc köməkçisinin tavandan asılmış kamera altında “yardım aksiyası”nı icra etməsidir. Bəzi sadəlövh “həmkarlarımın” hər ayın 3-ü, 5-i arası aldım-qaçdım prinsipi əsində I müavinin kompramat xəzinəsini daha da zənginləşdirirdi. Bunu cənab İbadov 22 iyul Mətbuat Günündə bir daha sübut etdi. Pul mükafatı alanlar arasında özünü hakimiyyət mediası hesab edənlərdən tutmuş, prezident və viçe prezidentin media qolu adlandırılan sayt rəhbərlərinə qədər. Eləcədə həm saytlarında həm də sosial şəbəkələrdə hakimiyyətdə olan iqtidara hədyanlar yazan media nümayəndələrinin də MƏTBUAT GÜNÜNÜ unutmayan İcra başçısı və müavin, başqalarından fərqli olaraq onlara 300-500 manat çivarında pul təqdim edib, bayramlaşıblar. Qonşuluğumda olan müxalifətçi gəncin bu səbəbdən Ş.İbadova böyük hörməti var, amma və lakin ölkə rəhbərinin bu radikal müxalifətçinin gözündə İbadov qədər hörməti yoxdu. Əslində hörmətli Şahmar müəllim bu haldan halidir, amma nə olsun ki beldə olur…
Yuxarıda qeyd edildiyi kimi bu samanın zamana görə saxlanılması el məsəli kimidir. İbadov şəhərin ən pristijli yerlərindən biri hesab olunan Montin ərazisində böyük kapital sahiblərinə jest edərək onları gələcəkdə ehtimal edilən dəstək üçün borcluya çevirmək və özünün aylıq ”dəstək” verdiyi mediadan qalxan formatında istifadə etmək. Təsadüfi deyil ki, istər Montin parkında, istər Heydər Əliyev prospektində, istərsədə digər ərazilərdə söküntü-tikinti işlərinin ən qızğın vaxtında belə insanların evlərindən zora çıxarıldığı zamanlarda, bir-iki istisnalar olmaqla hər kəs Nərimanov rayonunda baş verən hadisələri görməzdən gəldi. Bu proses Türkiyədə FETÖ operasyonuna qədər davam etdi. Türkiyədə çoxsaylı insan ölümü ilə baş verən hadisələrdən bir müddət öncə Azərbaycan hakimiyyətinin kifayət qədər yüksək eşalonunda yer almış, hətta ölkə parlamentinə qədər uzanmış FETÖ-çuların olması ilə bağlı informasiyalar dərc edilməyə başladı. PA-nın şöbə müdiri, milət vəkili və s. ranqlarda olan, uzun müddət gizli fəaliyyətə üstünlük vermiş şəxslərin ifşasından sonra siyahıya yeni – yeni adlar salındı. Nərimanov rayon icra hakimiyyətinin başçısının I müavini Şahmar İbadovun adı da həmin siyahıda yer aldı. Hətta İbadovun Fətullahçılarla iş birliyi haqqında türk mətbuatı belə yazdı. Lakin digərləri kimi Şahmar İbadovda nəinki cəzalandırıldı, hətta yenə də görəvinin başındadır. Artıq hər hansı dəstəyə ehtiyacı olmayacaq səviyyəyə qədər böyüyüb də. Təsadüfi deyil ki, bir zamanlar aldıqlarının əsirinə çevrilən bəzi media mənsubları indi də çəkildikləri “filmin” girovudurlar. Rəyini aldığımız ekspertlərdən birinin fikirləri olduqca marağlı idi. “Bunlar Fətullah Gülən variantlarıdır. Əvvəlcə qısa müddət sənin ehtiyaclarını ödəyirlər, sonra bir ömür sənə öz ehtiyaclarının ödətdirirlər.”
Hakimyyət olimpinə sürətlə irəliləyən, qısa zamanda böyük kapitala sahiblənən FETÖ-çular da aşağı – yuxarı məlumdur. Bir zamanlar FETÖ-ya bağlı olanların bu Adnan “kediləri” ilə bir araya gəlmələri maraqlıdır. Deməli hələ bəla bitməyib. Çünki FETÖ və Adnan Oktarın ən böyük dayaqları Nərimanov rayonunda hələdə kök salıb..
Onuda qeyd edək ki, növbəti yazıda Şahmar İbadovun tək Nərimanov rayonunda sahib olduğu Apteklərin. dönərxanaların, kafe, restoranın, uşaq əyləncə məkanlarının, avtomobil park ərazilərinin, evlərin və digər obyektlərinin fotolarını təqdim edəcəyik. Eləcədə Şahmar İbadovun ən son media siyahısınada dərindən aydınlıq gətirəcəyik. Yeni siyahıda kimlər var və İbadov ayda onlara nə qədər para verir. Bizi izləyin çox maraqlıdır! Xeberal.az  

Related Articles

050-295-94-79
top