Bu gün Ana dili günü imiş…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün deyilənə görə, Ana dili günü imiş. Ona görə deyilənə görə ki, Ana dilimiz-Azərbaycan dilinin günə yox qorunmağa ehtiyacı var. Bərbad efirlər və səviyyəsiz aparıcılar, radio Dj-ləri hər gün adına Ana dili dediyimiz bu dili məhv etməklə, eybəcərləşdirməklə məşğuldurlar.

Dilin qorunmasına nəzarət etməli olan qurumlar isə bunu ya görmürlər, ya da özlərini görməməzliyə qoyurlar. Belə bir mühitdə 1 gün yox, 1 il də Ana dilinə həsr olunsa yenə faydasızdır. Əvvəlcə səviyyəsiz tv və aparıcılara nəzarət güclənməli, ləhcə ilə, küçə üslübü ilə danışan, özünü efirdə küçə adamı kimi aparan aparıcılar efirdən qovulmalı, Azərbaycan ədəbi dilində təmiz danışa bilən savadlı kadrlar efirə buraxılmalıdır. Lakin təəssüf ki, hələ buna ümid etmək bir az utopikdir. Ona görə ki, reytinq xəstəliyinə tutulmuş bəzi telekanal rəhbərləri lazım gəlsə küçədən əxlaqsızları da tapıb efirə çıxarmağa razı olarlar ki, reytinq pilləsində yuxarı qalxıb daha çox qazanc əldə etsinlər.

Bunun acısını isə bütöv cəmiyyət, xalq çəkir, dilimiz məhv olur, keçmiş Sovet dövründə saflığını qoruyub saxlaya bilmiş Azərbaycan dili bu gün diri qlamaq uğrunda mübarizə aparır. Belə bir günə Ana dili günü deyilirsə mübarəkdir.

Xanlar Xoca

Related Articles

050-295-94-79
top