Bakıda son 7 ayda özünü zəhərləyib öldürmək istəyənlərin çoxu xanımdır – AÇIQLAMA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

İlin əvvəlindən bu günə kimi intihara cəhd edən 18 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. 

Bu barədə şöbənin baş həkimi Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, qeydə alınanlar arasında ölüm hadisəsi baş verməyib:

“Daha çox sirkə turşusu və dərman içərək intihara cəhd edən insanlar bizə müraciət edib. 18 nəfərdən 12-si sirkə turşusu içib, 6 nəfər isə dərman qəbul edib. Daha çox sakitləşdirici, yuxu, depressiyaya qarşı dərmanlardan istifadə olunub”.

Azər Maqsudov müraciət edənlərin daha çox Bakıdan olduğunu bildirib:

“Rayonlardan çox az şəxs gətirilib. Müraciət edənlərin çoxu Bakıdandır. İntihara cəhd edən şəxslərdən 6-sının vəziyyəti kəskin, qalanlarının isə orta ağır olub. Amma hər hansı ölüm hadisəsi baş verməyib”.

Azər Maqsudov onu da əlavə edib ki, intihara daha çox gənclər və ortayaşlılar cəhd edib:

“Müraciət edənlər 25 və 40 yaş arası olan şəxslər olub. Xanımlar daha çox üstünlük təşkil edib”.

Related Articles

050-295-94-79
top