“Azəriqaz” işçilərin şikayətilə bağlı açıqlama yaydı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Azəriqaz” İstehsalat Birliyi (İB) Tərtər Regional Qaz İstismarı İdarəsinin Ağdam xidmət sahəsinin bir neçə işçisi bu ilin yanvar ayından etibarən, maaşlarını tam həcmdə ala bilməmələri barədə müxtəlif informasiya agentliklərində açıqlamalar veriblər. “Azəriqaz” İB olaraq deyilənlərin böhtan olduğunu bəyan etməklə qeyd edirik ki, hər ay üzrə Tərtər Regional Qaz İstismarı İdarəsinin Ağdam xidmət sahəsinin fərdi sahibkarlarına xidmət haqları xidmət günlərinə uyğun hesablanıb. Aylıq hesablanan xidmət haqqından 2,50 manat ASAN imza üçün aylıq abunə çıxıldıqdan sonra Dövlət Sosial Müdafiə Fondu (DSMF) ödənişi yanvar-fevral aylarında 16,10 manat, mart-iyun aylarında 22,10 manat və

xidmət haqqının təxminən 5% gəlir vergisi çıxıldıqdan sonra qalan məbləğ fərdi sahibkarın xidmət kartına köçürülür. Məhz bu qaydada hesablama aparılıb və ödəniş üçün banka göndərilib. Əgər fərdi sahibkarlar cari hesablarından, vergi və xidmət kartının hesablarından çıxarışları bankdan götürsələr, həmin ödənişləri orda görə bilərlər. O halda dediklərinin böhtan olacağı üzə çıxacaq.

Digər tərəfdən, fərdi sahibkarların kartları yenilənərkən, onların kartın içində qalan vəsaitləri çıxarıb sonra təhvil verməsi də vergi və DSMF borcunun yaranmasına səbəb olub. Borc yarandığı üçün vergi orqanı tərəfindən sərəncam qoyulub və onların cari hesablarından vəsaitlər silinib.

Mətbuata açıqlama verən Süleymanov Elgiz Çingiz oğlu bildirib ki, yanvar ayından bu yana maaşlarını tam həcmdə ala bilmirlər. Güya o, yanvardan bu yana, hər ay cəmi 190, 143, 149, 240, 90 manat alıb. Bu fərdi sahibkarın ödənişlərini aylar üzrə olduğu kimi təqdim edirik (hesablamalar AZN ilə): 

Soyadı,adı atasının adıCari hesaba köçənXidmət kartına köçənAylıq DSMF ödənişiGəlir vergisiAylar
Süleymanov Elgiz Çingiz284,00253,2016,1014,70yanvar
Süleymanov Elgiz Çingiz284,00253,2016,1014,70fevral
Süleymanov Elgiz Çingiz284,00248,4022,1013,50mart
Süleymanov Elgiz Çingiz284,00248,4022,1013,50aprel
Süleymanov Elgiz Çingiz269,20185,9421,6061,66may
Süleymanov Elgiz Çingiz284,00247,5022,1014,40iyun

Göründüyü kimi həmin fərdi sahibkara may ayında bir gün az xidmət göstərdiyi üçün xidmət haqqı xidmət günlərinin sayına uyğun hesablanıb. Digər aylarda isə xidmət haqqı tam hesablanıb və ödənilib. Xidmət kartına köçən məbləğin 253,20 manatdan sonrakı aylarda azalması minimum əmək haqqının artması nəticəsində aylıq DSMF məbləğinin çoxalması ilə bağlıdır. May ayında əlavə tutulan 48,66 manat (61,66-13,00) onun şəxsi vərəqində olan vergi borcudur. Bu fərdi sahibkar 2018-ci ilin 3 və 4-cü rübləri üzrə sadələşmiş vergi hesabatına dəqiqləşmə verərək büdcəyə çatmalı məbləği 25,04 manat azaldıb. Həmçinin 21.04.19 tarixində vergi kartında 25,91 manat olduğu halda həmin məbləği çıxarıb, lakin vergiləri ödəməyib. Nəticədə borc artıb. Əgər Süleymanov Elgiz Çingiz oğlunun bankdan götürəcəyi sənədlərdə dedikləri əksini tapmazsa, o, “Azəriqaz” İB, Tərtər Regional Qaz İstismarı İdarəsinin Ağdam xidmət sahəsində izahat yazmalı, müsahibə verdiyi informasiya agentliklərində təkzib verməli və onun haqqında böhtan xarakterli çıxışına görə ciddi məsuliyyət tədbirləri görülməlidir. Eləcə də, məqalədə adları qeyd edilən digər şəxslər də bankdan çıxarış almaqla faktın əslində necə olduğunu görə bilərlər.

Related Articles

050-295-94-79
top