“Təhsil avtobusu – Nəsimi” yay məktəbi “Bakcell” şirkətinin dəstəyi ilə reallaşıb

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində təşkil olunan “Təhsil avtobusu – Nəsimi” yay məktəbinin keçirilməsinə dəstək göstərib. 

“Nəsimi ili”nə həsr olunan “Təhsil avtobusu – Nəsimi” yay məktəbinin əsas məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və məktəblilərə Nəsimi yaradıcılığını tanıtmaqdır. İyulun 23-dən 29-dək davam edən “Təhsil avtobusu – Nəsimi” yay məktəbi Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edib. Yay məktəbi çərçivəsində bu bölgələrdəki məktəblərin akademik göstəriciləri zəif və orta olan 200-dək şagirdi hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçirilən peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edib.

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi və digər şirkət və təşkilatların tərəfdaşlığı ilə həyata keçirilib.

“Bakcell” şirkəti ənənəvi olaraq layihə ərzində 2 min kilometrdən çox məsafə qət etmiş “təhsil avtobusu”nda yüksəksürətli internet bağlantısını da təmin edib.

Uşaqların inkişafı və təhsilini xüsusi diqqət mərkəzində saxlayan “Bakcell” şirkətinin həyata keçirdiyi korporativ sosial məsuliyyət (KSM) proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Xatırladaq ki, ilin əvvəlində Təhsil Nazirliyi, “Bakcell” və “AzEduNet” şirkətləri arasında əməkdaşlıq protokolu imzalanıb. Bu əməkdaşlığın məqsədi ucqar kəndlərdə yerləşən 700-dək ümumtəhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsilə internet və şəbəkə xidmətlərinə çıxışın təmin edilməsidir. Əməkdaşlıq çərçivəsində hər ümumtəhsil müəssisəsi “Bakcell” şirkəti tərəfindən təmənnasız olaraq 3 il müddətində inzibati-idarəetmə məqsədləri üçün aylıq internet trafiki və data kartla təmin olunur.

Related Articles

050-295-94-79
top