Bakıda həkim İlham Məmmədovdan biabırçı reklam – Video

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakıda fəaliyyət göstərən “Turan” klinikasının cərrah-fleboloqu İlham Məmmədovun reklamına hesablanaraq çəkilmiş video birmənalı qarşılanmayıb.

Aydınlıq.Az xəbər verir ki, buna səbəb pasient qismində çıxış edən xanımın müayinə masası üzərinə çıxmasıdır.

Daha sonra xanım həkimi tərifləyən zaman donunu yuxarı qaldırır və açıq-saçıq mənzərə yaradır.

Cərrah İlham Məmmədov bunu sıradan bir müayinə adlandırıb:
“Video aşağı ətrafların dopler müayinəsi zamanı çəkilib. Sadəcə, sıradan bir müayinədir. Orada başqa heç nə yoxdur. Açığı, o videonu öz səhifəmdə paylaşmamışam. Videonu xanım paylaşmışdı, yersiz müzakirələrə səbəb olduğu üçün də sildi. Müayinə zamanı kim istəyir video çəkir. Həmin videonu da xanımın köməkçisi çəkmişdi. Xanımı tanımıram. Hər gəlib dopler müayinəsi keçənlərdən də anket doldurmuram”..

#Bakıda həkimdən biabırçı reklam – VİDEO #cərrah-fleboloq İlham məmmədov #fleboloq İlham Məmmədov

Related Articles

050-295-94-79
top