Kontakt Home Palatanın cəriməsini ləğv etdirdi

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Maliyyə Bazarlarına Nəzarət Palatası “ABC Telekom” MMC-ni (“Kontakt Home” mağazalar şəbəkəsi) 1300 manat cərimələmişdi.

Aydınlıq.Az “Report”a istinadən xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilirdi. Lakin Kontakt Home Bakı Apellyasiya Məhkəməsinə şikayət verib və cərimə qərarı ləğv edilib. Bu barədə şirkətin redaksiyamıza göndərdiyi məktubda bildirilir:

“Bir neçə gün öncə mətbuatda çalışdığınız saytlarda Kontakt Home şirkətinin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi əsasında 1300 AZN məbləğində cərimələnməsi ilə bağlı məlumat yayılmışdır.

Nəzərinizə çatdırmaq istərdik ki, Yasamal Rayon Məhkəməsində verilən bu qərara Bakı Apellyasiya Məhkəməsində yenidən baxılmışdır və Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin həmin qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Başqa sözlə, şirkətə hər hansı cərimə tətbiq olunmamışdır. Zəhmət olmasa, bununla bağlı açıqlamamızı çalışdığınız media orqanında dərc edəsiniz.”

Related Articles

050-295-94-79
top