“Gilan Holding”in cərimələnməsi barədə xəbər yalan çıxdı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Gilan Holding”in Marketinq və Kommunikasiyalar Şöbəsi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən cərimələnməsi barədə yayılan məlumatlara münasibət bildirib. 


Şirkətddən Aydınlıq.az-a daxil olan məlumatda qeyd olunur ki, bu barədə KİV-lərdə yayılan məlumatlar doğru deyil:


“Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən “Gilan Holding”-in xaric ilə valyuta əməliyyatları ilə bağlı nöqsana görə cərimələnməsi barədə yayılmış yanlış məlumata dair təkzib olaraq bildiririk: belə ki, həqiqətən Palata tərəfindən “Gilan Holding” MMC-yə inzibati Protokol tərtib edilmiş, lakin daha sonra sözügedən Protokol Yasamal rayon Məhkəməsi tərəfindən ləğv olunmuşdur. Palata tərəfindən həmin qərardan Bakı Apelyasiya Məhkəməsinə şikayət verilib.


Bu səbəbdən Holdinqin cərimələnməsi barədə yayılmış məlumat əsassız olaraq, böhtan xarakteri daşıyır.


Eyni zamanda, bildiririk ki, yazılarda qeyd olunduğu kimi  Cəmiyyətin “Azsığorta” kimi maliyyə qurumlarında əsas səhmdar olması barədə məlumat, həmçinin həqiqətə uyğun deyildir.


Qeyd olunanlarla əlaqədar bildirmək istəyirik ki, “Gilan Holding”-in işgüzar nüfuzuna xələl gətirəcək böhtan və təsdiq olunmamış məlumatların yayılması gələcəkdə məhkəmə qaydasında həll olunacaqdır.


“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən, bu təkzib məktubunun dəyişiklik edilmədən yayımlanması xahiş olunur”.

Related Articles

050-295-94-79
top