Azərcell Ukraynanın ən böyük mobil operatorunu alır?

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanın “AzInTelecom” MMC şirkəti  (Azercell-in səhm nəzarət paketinə malikdir) “Vodafone Ukrayna”nı (VU) almaq barədə danışıqlar aparır.

Aydınlıq.Az bildirir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

AzInTelecom “Vodafone Ukrayna” ilə danışıqlar aparır. Artıq Ukrayna operatorunun due diligence-si (obyekt haqqında obyektiv təsəvvürün tərtib edilməsi proseduru) başa çatıb.  Tərəflərin heç birinin  nümayəndələri informasiyanı şərh etmirlər”,-deyə ain.ua agentliyi bildirib.

“Mən eşitmişəm ki, avqustda burada yeni top-menecer olmalıdır  və alıcı Azercell-dir. Amma Vodafone-da hamı sakitdir və mən bildiyim qədəri heç kim çamadanını qablaşdırmır”, – deyə türk telekom şirkəti Turkcell-ə yaxın daha bir həmsöhbət bildirib.

“Vodafone Ukrayna” 19,7 milyon abunəçiyə xidmət edir. Ukrayna VF-nin xalis mənfəəti 2018-ci ildə 1,8 milyard qrn, gəliri isə 12,8 milyard qrn təşkil edib. Şirkət biznesmen Vladimir Yevtuşenkonun majoritar səhmdarı olduğu MTS qrupuna daxildir.

Azercell Telekom MMC  isə ən çox bazar payı və 4,5 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatorudur.

Azercell şirkətinin hazırkı 100% sərmayədarı Türkiyənin “Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A.Ş,” şirkətidir.

Azercell 1996-cı ilin yanvarında təsis edilib və həmin il dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlayıb. 1998-ci ildə Azercell dünya telekommunikasiya sektorunda öncədən ödəmə sistemini (SimSim) tətbiq edən ilk şirkətlərdən biri olub.

Nəhayət, Azercell ölkənin telekommunikasiya sektorunun inkişafına və sosial rifahının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinə 1 mlrd. ABŞ dollarından artıq sərmayə qoyub. Vergilər Nazirliyinin məlumatına əsasən, Azercell qeyri-neft sektorunun ən iri vergi ödəyicisidir. Və…

Bu arada Azercell Telekom-un mətbuat xidmətindən Aydınlıq.Az-a bildiriblər ki, “Vodafone  Ukrayna” şirkətinin əldə edilməsi niyyəti haqda informasiya həqiqətə uyğun deyil.  

“Bu informasiya oxucularda, yalnız gümanlara əsaslanaraq,  yanlış fikir formalaşdırmaq cəhdindən başqa bir şey deyil”,-deyə məlumatda vurğulanıb.

Şirkətin açıqlamasında daha sonra bildirilib: “Oxucuları bu cür məlumatlara etibar etməməyə çağırırıq”.

Related Articles

050-295-94-79
top