“Rövşən Məmmədovun bildiyi ancaq kameranın qabağında artistlik etməkdir” — AzTV-dən çıxarılan əməkdar artist “ÜSYAN ETDİ”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV)  sədri vəzifəsini icra edən Rövşən Məmmədovun işdən çıxardığı daha bir tanınmış şəxs Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. 


Demokrat.az xəbər verir ki, işindən çıxarılan Azərbaycanın əməkdar artisti, tanınmış diktor-telejurnalist Gülşən Əkbərova Rövşən Məmmədovdan ölkə başçısına və Azərbaycanın Birinci xanımına şikayət edib. 


Gülşən Əkbərova Demokrat.az-a açıqlamasında müraciətinin mahiyyətini açıqlayıb:


“Cənab Prezident İlham Əliyevə və hörmətli Mehriban xanım Əliyevaya müraciət etmişəm. Müraciətimdə qeyd etmişəm ki, Rövşən Məmmədov məni haqsız yerə və çox hörmətsiz şəkildə işdən çıxarıb. Rövşən Məmmədovun imzası ilə mənə göndərilən məktubda qeyd edilir ki, guya yaşım çox olduğu üçün işdən çıxarılmışam. Halbuki, məndən qat-qat çox yaşı olanlar AzTV-də çalışırlar. Onların arasında Rövşən Məmmədovun qohumları və yaxınları da var. Necə olur ki, mənimlə eyni yaşda olan Rövşən Məmmədovun xanımının əmisi Xəlil Məmmədovu işə götürür, amma məni yaşla bağlı vəzifəmdən azad edir? Əgər yaş məhdudiyyəti şamil olunursa, o zaman AzTV-də tək mənə deyil, hamıya şamil olunmalıdır. Ümumiyyətlə, Rövşən Məmmədovun bu cür qeyri-peşəkar davranışları mənə stres yaşadıb. Mən 17 yaşımdan televiziyadayam. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin əla qiymətlərlə bitirmişəm. Öz tərbiyə və mədəniyyətimi qoruyub saxlamışam. Bütün həyatım boyu abır-həyayla, təmiz işləmişəm, yaxşı tələbələr yetişdirmişəm, rüşvət, paket almamışam, əlavə gəlirim olmayıb. Dünənə qədər Rövşən Məmmədov məni görəndə ikiəlli gəlib görüşürdü, mənə öz hörmətini bildirirdi. Vəzifəyə gedən kimi birdən-birə dəyişdi. Görünür, vəzifə, stol hamıya yaxşı təsir göstərmir. Eybi yox, cavandır, illər onu da cilalayacaq. Mən 17 yaşımda necə televiziyaya gəlmişəmsə, elə həmin adamam. Yəni, bu illər məni dəyişməyib. Amma Rövşən Məmmədovun birdən-birə bu cür ədəbsiz və hörmətsiz şəkildə məni işdən çıxarması çox pis təsir edib. Ona görə də mən onun hüzuruna getməyi özümə sığışdırmadım. Bunu özümə lizumsuz bildim. Çünki Rövşən mənim qızımdan 2 yaş böyükdür, onun anası yerindəyəm”.

Image result for rövşən məmmədov


Əməkdar artist qeyd edib ki, Rövşən Məmmədov AzTV-də çalışan işçiləri kütləvi şəkildə işdən çıxarır:


“Özünün dediyinə görə, guya buna “yuxarıdan” belə göstəriş gəlib. Göstəriş gəlibsə, 70-90 yaşlarında olan qocalar var, əllərindən heç bir iş gəlmir. Get onları çıxart. Daha iş qabiliyyəti olan adamları niyə çıxarırsan? Bu adam tamamilə qeyri-peşəkar hərəkətlər edir. Elə bir siyasət yürüdür ki, mənimlə çalışan uşaqlardan heç kəs qorxusundan mənimlə əlaqə saxlamır. Göstəriş verib ki, kim onun işdən çıxardığı adamlarla əlaqə saxlasa, onları AzTV-dən çıxaracaq. Sonra həmin uşaqlar mənə zəng edib bunu deyirlər. Görün bu adam nə qədər alçaqdır ki, bu cür yollara əl atır. Hələ cənab Prezident bunu vəzifəsinə təsdiq etməyib. Görün təsdiq olunsa nə edəcək, nə qanad açacaq! Rövşən Məmmədov AzTV tarixində mənim işlədiyim 10-cu sədr idi. Mən indiyədək bu qədər qeyri-peşəkar, naşı idarəedici sədr görməmişəm. Bu adam qeyri-peşəkardır, qətiyyən idarəetməni bilmir. Rövşən Məmmədovun bildiyi ancaq saytlardan hazır materialları köçürüb suflyordan oxumaqdır. O, efirdə özündən danışmır, suflyordan oxuyur. Onun işi ancaq budur, vəssalam. İşi ancaq kameranın qabağında artistlik etməkdir. İnanın ki, mənim işdən çıxarılmağımı kim eşidirsə, hamısı təəccüblənir. O gün hörmətli xalq artistimiz Zeynəb Xanlarova eşidib ki, Rövşən Məmmədov məni də işdən çıxarıb, təəccüblənib”. 

Related Articles

050-295-94-79
top