“ÖLKƏ POÇTUNU TƏNƏZZÜLƏ UĞRADACAQ TƏXRİBAT PLANI HAZIRLANIR…” – Baş direktora qarşı ŞOK ittihamlar

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

““Azərpoçt” MMC-nin baş direktoru Əfəndiyev Emin Ramiq oğlunun qeyri-peşəkar idarəçiliyi, apardığı struktur islahatları poçt rabitəsinin inkişafına deyil, Azərbaycan poçtunun məhvinə xidmət edir. E.Əfəndiyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, öz şəxsi maraqları naminə rəhbərlik etdiyi “Azərpoçt”u məhv edir”.

Bu barədə rabitə sektorundakı mənbənin “AzPolitika.info”-ya göndərdiyi növbəti məktubda söhbət açılır.

Məktubda qeyd olunur ki, qurumun rəhbərliyi bu gün qeyri-leqal yollarla, kriminal aləmlə əlbir olaraq dövlətə məxsus külli miqdarda pul vəsaitlərini ölkədən çıxarır:“Bu da öz növbəsində xərclərin balansına, manat və xarici valyuta ehtiyatlarına ağır zərbə vurur”.

Emin Əfəndiyevin vaxtilə müxtəlif banklarda işlədiyini xatırladan mənbə onun “Azərpoçt” MMC-də də ətrafına bank sektorundan gətirdiyi kadrları yığdığını bildirir: “Emin Əfəndiyev ölkənin milli poçt operatoru “Azərpoçt” MMC-yə baş direktor postuna təyinatından bir müddət sonra əlaltılarını, bank işbazlarını – Emin Kərimlini, Fərid Həşimovu, Nüşabə Gözəlovanı və başqalarını rəhbərlik etdiyi qurumda yüksək vəzifələrə təyin etdi…

azerpoct

Məktubda bu şəxslərin işlədikləri banklarda da qanunsuz əməliyyatlarda iştirakla “ad-san” qazandıqları bildirilir. Əvvəlcə Emin Əfəndiyevin fəaliyyəti ilə bağlı məlumat verilir: “Baş direktorun çalışdığı strukturlardakı fəaliyyətinə nəzər salaq. Emin Əfəndiyev 2004-2009-cu illərdə AZAL SKB İdarə Heyətinin sədrinin müavini olub. 2009-2015-ci illərdə isə “Kapital Bank”da filial müdiri vəzifəsində çalışıb. 2015-2018-ci illərdə “Bank MBA”–da, yəni Moskvada yerləşən Azərbaycan Beynəlxalq Bankının Rusiya Federasiyasındakı törəmə  strukturu olan “Azərbaycan Beynəlxalq Bankı – Moskva”nın (“ABB-Moskva”) İdarə Heyətinin sədri vəzifəsində işləyib”.

Mənbənin yazdığına görə, “bankir” Emin Əfəndiyev bank sektorundakı 14 illik fəaliyyətində özünün “prinsipləri”, “idarəetmə üsulu” ilə fərqlənib: “Hələ “Kapital Bank”da işlədiyi dövrlərdə yaratdığı problemlər, itkilər, sovet dövrü əmanətlərinin qaytarılmasındakı maxinasiyalara görə Emin Əfəndiyevin hansısa vəzifəyə təyin olunacağı mümkünsüz hesab edilirdi. Ancaq hansısa yollarla “ABB-Moskva”nın rəhbərliyinə təyinat aldı. O da Beynəlxalq Bankın Moskva filialına təyinatından sonra illərlə yaradılmış menecmenti dağıdaraq, yalnız şəxsi yaxınlıq prinsipləri ilə savadsız adamları işə götürdü. Nəticədə, həmin qurumu düşdüyü ağır vəziyyətdən çıxarmaq mümkün olmadı”.

Mənbə yuxarıda adları sadalan “bankirlərin” dövlət sərmayəsi ilə qurulan bank sistemində yaratdığı şəbəkələr barədə də məlumat verib. Onun bildirdiyinə görə, bir vaxtlar – 2009-cu ildən 2015-ci ilə qədər “Kapital Bank”ın 1 saylı filialının direktoru olmuş Emin Əfəndiyevin çox ciddi şəbəkəsi var: “İşlədiyi dövrlərdə həmin dəstə üzvləri ilə əlbir olub “qara bazar”da valyuta satışını, qanunsuz yolla saxta sənədlər təşkil edərək bank əməliyyatlarını həyata keçirirdilər.

Emin Əfəndiyevin “ABB-Moskva”dan uzaqlaşdırılmasının səbəbi də onun keçmiş sovet təcrübəsini yeni iş yerinə daşıması və həyata keçirdiyi uğursuz əməliyyatlarla banka böyük zərbə vurması olub”.

cahangir

Bu istiqamətdə ciddi araşdırma aparılmasının vacibliyini vurğulayan mənbə Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin məhkəmə prosesində dindirilən zaman bankın Moskva filialında baş verənlərlə bağlı dediklərinin önəmli olduğunu qeyd edir. Bildirir ki, C.Hacıyev məhkəmədə məhz səriştəsiz kadrların qısa müddət ərzində ABB-nin Moskva filialının sonuna çıxdığını bəyan edib: “Söhbət bankın ondan sonra təyin edilən rəhbəri Emin Əfəndiyevdən gedir. İndi “Azərpoçt”un baş direktoru Emin Əfəndiyev ictimaiyyətə açıqlama versin ki, nəyə görə dövlət adından təyinat alan Beynəlxalq Bankın Moskva filialının rəhbərliyi barəsində “çirkli pulların yuyulması” ittihamı var?

Xatırladım ki, ABB-nin Moskva filialı 2001-ci ilin yanvarında yaradılıb, onun ilkin nizamnamə kapitalı 2,11 milyard rubl təşkil edib. Bankın yeganə təsisçisi və sahibi Azərbaycan Beynəlxalq Bankıdır.

mba_moscow_800x600

Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələrinin yarısından çoxu Beynəlxalq Bankın Moskva filialı vasitəsilə aparılırdı. Bu köçürmələrin ümumi illik həcmi Rusiyadakı böhrandan əvvəl 120 milyon dollardan çox olub. Rusiya hüquq-mühafizə orqanlarının əməliyyat keçirməsi nəticəsində ABB-nin Moskva filialı “Cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 15.27-ci maddəsinin 1-ci hissəsini pozmaqda günahlandırılıb.

Bu qanun pozuntusuna görə bank inzibati məsuliyyətə cəlb edilib və ona rəsmi xəbərdarlıq olunub. Rusiya Mərkəzi Bankı ABB-nin Moskva filialını çirkli pulların yuyulması haqda qanunu pozmaqda ittiham edib. 2016-cı ilin sonlarında Rusiya və Azərbaycan mətbuatında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Moskva filialının “çirkli” pulların “yuyulmasın”da ittiham olunması barədə xəbər yayılımışdı.

Həmin məlumatlara əsasən, Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları araşdırma apararkən bankın fəaliyyətilə bağlı bir sıra qanunsuzluqlar aşkarlayıblar. Araşdırma nəticəsində üzə çıxarılıb ki, bank cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması, “çirkli” pulların “yuyulması”, terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəyə dair qanunlara əməl etmir.

Həmçinin eyni adamların yaratdığı “birgünlük” şirkətlər vasitəsilə ölkədən böyük həcmdə vəsaitlər çıxarılıb. Həmin pul köçürmələri də ABB-nin Moskva filialnda gerçəkləşdirilib.

Bununla bağlı Moskvadan Azərbaycan Mərkəzi Banknın rəhbərliyinə göndərilən məktubda xahiş olunurdu ki, “Azərbaycan Beynəlxalq Bankı-Moskva” ya vəzifə öhdəlikləri, o cümlədən çirkli pulların yuyulmasını əngəlləyən qanunlara əməl olunmasının vacibliyi xatırladılsın, şübhəli əməliyyatlar haqda hüquq-mühafizə orqanlarına məlumat verilsin”.

Mənbə Emin Əfəndiyevlə bağlı mətbuatda yayılmış sensasiyalı iddiaların da araşdırılmadığını qeyd edir: “ Mediada yayılmış məlumata görə, “çirkli” pulların “yuyulmasında” günahlandırılan “ABB – Moskva”nın rəhbəri Emin Əfəndiyev Rusiya paytaxtında fəaliyyət göstərən erməni mafiyasının bu bankın yüz milyonlarla dollar vəsaitinin ələ keçirməsinə köməklik göstərənlərdən biridir.

“Erməni mafiyasına başçılıq edən Kleçkyan ailəsi, Əbdürrəhman Vəzirov, qardaşı oğlu Rüstəm və kürəkəni Zaur İsazadə dəstə üzvlərindəndir. Emin Əfəndiyevi Kleçkyanla Zaur İsazadə tanış edib. Kleçkyanlara ABB-nin pulları Moskvanın Lenin prospektində tikilmiş evlərin satış hüququ verilib. Bir o, məlumdur ki, işin içində Əbdürrəhman Vəzirovun kürəkəni Zaur İsazadə də var. Yəni Əbdürrəhman Vəzirov pulların axınına özü nəzarət edir.

ABB həmin kompleksin tikintsinə 100 milyon dollar xərcləyib. Kleçkyanların sahib olduğu «Arqo İnvest» şirkətinin səlahiyyətinə verilmiş yaşayış kompleksində satılmış mənzillərin pulunun hara getdiyi naməlumdur”-  deyə həmin məlumatda bldirilirdi”.

Məktub müəllifi daha sonra iddia edir ki, Emin Əfəndiyevin “iş prinsipləri” ABB-nin Moskva filialının “axırına çıxdığı” kimi, “Azərpoçt” MMC-nin də sonuna çıxacaq:“Struktur dəyişikliyi adı ilə məkrli ssenari əsasında “Bakı filialı”nın yaradılması planının müzakirələri gedir. Bəri başdan hər kəs nəzərə alsın ki, bu, “bankirin” tapşırığı asasında ölkə poçtunu tənəzülə uğradacaq təxribat planıdır. Bu onlar üçün maraqlı deyil. Onlara maraqlı odur ki, “Azərpoçt”un qazanclarını daha çox ələ keçirsinlər”.

15544484146106541399_1000x669

Emin Əfəndiyevin daim öz maddi imkanlarını ön plana çıxardığını, insanları özündən asılı vəziyyətdə saxlamaqdan həzz aldığını iddia edən rabitəçi belə bir adamın “Azərpoçt” kimi böyük bir qurumda baş direktor saxlanılmasının yolverilməz olduğunu bildirir: “Rabitə sahəsi dövlətin bel sütunudur. Son illər rabitəyə qeyri-peşəkar kadrların gətirilməsi, rabitə sahəsini iflic vəziyyətinə salıb… Sovetlər dönəmində dövlət əmlakını talan edən şəxsi, heç vaxt maddi-məsul vəzifəyə təyin etməzdilər. Əfsuslar olsun ki, “Azərpoçt”un əsas vəzifəli şəxsləri, işlədikləri əvvəlki idarədə və müəssisələrdə maliyyə pozuntusuna yol verən və adları talançılıqda hallanan şəxslərdir. Belə işçilərin çoxçeşidli bir xidmət sahəsinə vəzifəyə təyin olunmaları sözün əsl mənasında adamda böyük suallar yaradır. Bu proses hansı “qara qüvvələr” tərəfindən idarə olunur? Ölkə iqtisadiyyatını talan etməsi, dövlətçiliyə vurulan zərbələr kimlərin sifarişidir?

Məlumatlara görə, vaxtı ilə Azrbaycan dövlətini talayan cinayətkar məmurlar Gürcüstanda, Avropada hakimiyyətə qarşı çıxan qrupları maliyyəlşdirir, poçt vasitəsi ilə Gürcüstana pullar göndərirlər”.

Sonda rabitəçilərin adından Prezident İlham Əliyevə, hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət olunur: “Cənab Prezident, xilas edin bizi bu quldur dəstəsindən! Atanızın göz bəbəyi kimi qoruduğu iki əsrlik tarixi olan Azərbaycan poçtunu, əməkdar rabitəçiləri qoruyun… Səsimizə səs verin, Cənab Pezident”.

Məktubda yer alan iddialarla bağlı “Azərpoçt” MMC-nin, eləcə də adları çəkilən şəxslərin hər birinin mövqeyini işıqlandırmağa hazırıq.

Related Articles

050-295-94-79
top