Deputat Hacı Madər Musayevin oğlu “qaz oğurluğunda” ittiham olunur – Məhkəmə

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Azəriqaz” İstehsalat Birliyi məşhur deputat Madər Musayevin oğlu Famil Musayevə qarşı 10 min manatlıq iddia qaldırıb.

Bizimyol.info-nun məlumatına görə, deputat oğlu obyektində qazdan qanunsuz istifadə etməkdə ittiham edilir.

“Azəriqaz” Famil Musayevə qazdan qanunsuz istifadəyə görə 10 min manat borc hesablayıb. Bu barədə akt da tərtib olunub. Amma borc ödənilməyib. Ona görə də “Azəriqaz” dəymiş ziyanın ödənilməsi tələbilə məhkəmədə iddia qaldırıb. İddia tələbi də belədir ki, 10 min manat Famil Musayevdən tutularaq, “Azəriqaz”a ödənilsin. Həmçinin məhkəmə iddiası üçün ödənilən 30 manat rüsum da ondan tələb olunur”, – deyə mənbə bildirib.

72 yaşlı Madər Musayev beşinci dəfədir eyni dairədən (10 saylı Binəqədi Üçüncü Seçki Dairəsi) deputatdır.

***

Bizimyol.info-nun redaksiyası ilə əlaqə saxlayan Famil Musayev haqqında yayılan məlumata qısa şəkildə cavab verib: “Mənim obyektim yoxdur…”

Qazdan qanunsuz istifadəyə görə 10 min manat cərimələnməsi, ona qarşı məhkəmədə iddia qaldırılması məsələsinə gəlincə, F.Musayev bu barədə heç nə deməyib.

Apardığımız əlavə dəqiqləşdirməyə əsasən, məhkəmə iddianın baxılmamış saxlanması barədə qərar qəbul edib.

Related Articles

050-295-94-79
top