İşə qəbul imtahanından narazı qalan yüzlərlə müəllim etiraz aksiyasına hazırlaşır

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
İyulun 8- 24 nə qədər müəllimlərin işə qəbulu üzrə Bakıda imtahan keçirilib. Lakin imtahanların nəticələri hətta təcrübəli müəllimləri belə şoka salıb. Çünki özünə güvənən müəllimlərin heç biri kafi səviyyədə bal toplaya bilməyib. Bizimyol.info-nun məlumatına görə, iyulun 25-də imtahan nəticələrindən narazı qalan 600-dən çox müəllim Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirmək istəyir.

İmtahan verib çıxmış müəllimlərin hamısı imtahanlarda nöqsanların olduğunu qeyd edirlər. Bəziləri kompüterləruin zəif işləməsindən, bəziləri məntiq suallarından, bəziləri imtahan gedə -gedə sualların dəyişilməsindən narazıdır. Müəllimlərin əksəriyyəti sualların cavablarının dəyişlməsindən şübhəlidirlər. Müəllimlər Təhsil Nazirliyinin İnsan Resursları tərəfindən keçirilmiş imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsini tələb edirlər.

Müəllim imtahanına girənlər bildirirlər ki, kompüterlərin üstünə 03, 04 05 kimi nömrələr qeyd edilib. Kimsə bu nömrələrin nə işə yaradığını bilmir. Lakin müəllimlər masalarda oturarkən, onları oturduqları yerdən qaldırıblar və nəzarətçinin göstərdiyi yerdə oturmaları tələb olunub. İmtahanda iştirak etmiş müəllimlərin iddiasına görə 03 nömrəli kompyutertlərin arxasında oturanlar 30 bal , 04 şifrəli kompüterlərdə işləyənlər 40, 05 şifrəli kompyüterlərin araxasında oturanlar 50 bal toplayıblar. Bu da müəyyən şübhələr yaradıb.

İmtahanların davam etdiyi 6 gün ərzində 38 test variantında 2280 sual istifadə edilib. Həmin suallardan 8 ədədi nöqsanlı olub. Eyni senasda təkrar salınan suallar da nöqsanlı qəbul olunub və bu da müəllimlərin balından silinib.Bu ümumi sualların 0, 35 fazini təşkil edir. Məsələylə bağlı Bizimyol.info-ya danışan təhsil eksperti Kamran Əsədov şikayətlərin ona da gəldiyini qeyd edərək yol verilmiş səhvlərtdən danışıb, nələr edilməli olduğundan bəhs edib:

8 iyuldan etibarən orta məktəblərdə işləmək üçün müəllimlərin işə qəbulu üzrə imtahanlar keçirilir.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.

Hal hazırda 2 – ci mərhələ-test mərhələsi davam edir.

Amma bu il ilk dəfə olaraq imtahanların gedişindən ciddi şəkildə narazılıq var. Hal hazırda bizim Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinə 400 – dən çox şikayət daxil olub.

Narazılıqlar əsasən belədir:

1.Test tapşırıqlarının düzgün cavabları yazılandan sonra geri dönəndə dəyişdiyi görünür. Yəni kompüterdə idarəçi tərəfindən cavablara mədaxilə olunur.

2.İmtahan iştirakçısını oturduğu yerdən gəlib qaldırırlar ki, bu başqasının yeridir, amma buraxılış vərəqi yoxdur ki, kim harda oturmalıdır. Başqa şəxslər gəlib orda əyləşir.

3.İmtahan zalında xüsusi kart və ya işarə ilə işarələnmiş yerlər var və ancaq orda nəzarətçilərin gətirdiyi şəxslər iştirak edir və onlar daha çox bal toplayır.

4.İmtahanlarda istifadə olunan test tapşırıqlarının iki ,üç cavabı olur və ya ümumiyyətlə cavabı olmur.

Təqdim olunan test tapşırıqları heç bir “məntiqə” sığmır. Misal üçün qısqanclığın rəngi nədir? İki qazan var, birində it var, birində pişik, siçan hansının ağzındadır? Və s.
Həqiqətən də belə test tapşırıqları təqdim olunubsa bu imtahanı təşkil edənləri əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmək lazımdır.

Bəs narazı insanları, haqları tapdanmış iştirakları necə razı salmaq olar?

1. İştirakçıların yazdıqları test tapşırıqlarını onların şəxsi kabinetinə yükləmək.

2.Səhv, heç bir testologiyaya sığmayan sualların cavabı iştirakçılara düzgün cavab kimi əlavə edilməlidir.

3.Vakansiya seçimi üçün tətbiq olunan minimum keçid balı dəyişməli və ümumiyyətlə ləğv olunmalıdır. Onsuz da vakansiyanı seçən və ən yüksək bal toplayan şəxslər müsahibəyə dəvət olunur.

Gələcəkdə isə bu kimi problemlərin baş verməməsi üçün isə:

1. MİQ imtahanın keçirilməsi Dövlət İmtahan Mərkəzinə verilməlidir və ya bizim Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi bunu daha da peşəkar səviyyədə təşkil edə bilər.

2. İmtahanlar üzrə proqram, vəsait və ədəbiyyat siyahısı azı 6 ay əvvəl çap olunub iştirakçılara təqdim olunmalıdır.

3. İmtahanlar kompüterlə yox, kağız üzərində olmalıdır və iştirakçılara imtahandan sonra sual kitabçası verilməlidir.

4. İmtahandan sonra apellyasiya komissiyası yaradılmalı və şikayətlər dinlənməlidir.

Ümid edirik ki, Təhsil Nazirliyi əcaib məntiq sualları üzündən qiymətli fənn bilgiləri olan gözəl kadrların təhsil prosesindən kənarda qalmasına göz yummayacaq. Bir bioloqun qısqanclığın rəngi kimi gicbəsər sualdansa öz fənninin incəliklərini dərindən bilməsi önəmlidir. İllərləuniversitetlərə ayaq döyüb, daha sonra magistr pilləsindən keçən neçə müəllim indi yenidən bu imtahanlardan keçmək üçün müəllim kurslarına gedir. Çoxusunun yaşı 40-a çatıb, amma hələ işləyə bilmir. Bəlkə bu məzunları elə bir başa universitetlərdən pensiyaya göndərək? Bu nə qəribə yanaşmadır belə?

Related Articles

050-295-94-79
top