“Araz” Supermarketlər Şəbəkəsi məhsulun istifadə tarixi ilə bağlı qalmaqala aydınlıq gətirdi – Açıqalma – Foto

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakı sakininin “Araz” supermarketində satılan peçenyenin istehsal tarixinin şirkət tərəfindən uzaldılmasından şikayətçi olması ilə bağlı xəbər yayılıb.

Xəbərdə bildirilir ki, Qaraxuçurdakı şadlıq saraylarından birinin altında yerləşən marketdən uşaq üçün peçenye alıb. Həmin peçenyenin üzərində istehsal tarixinin bu ilin mart ayında bitdiyi göstərilir. Ancaq market özü məhsul haqqındakı etiketində istehsal tarixini uzadaraq avqust ayını qeyd edib.
Məslə ilə bağlı açıqlama verən “Araz” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Billurə Əmirova bildirib ki, yayılan məlumat tamamilə böhtandır və bununla bağlı hüquq mühafizə orqanlarına müraciət olunacaq:

“Araz” Supermarketlər Şəbəkəsi heç bir məhsulun tarixini dəyişmir. Bu, böhtandır. Araz Supermarketlər Şəbəkəsinə qarşı qarayaxma kampniyasıdır. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət olunacaq”.

Həmçinin şirkət rəsmisi bildirib ki, sözügedən məlumatı yayan elə məhz həmin şirkətin keçmiş əməkdaşıdır:

“Bu qərəzli xəbəri yayan şəxs vaxtilə “Araz” Supermarketlər Şəbəkəsinin əməkdaşı olub, məsuliyyətsizliyinə və yol verdiyi kobud nöqsanlara görə işindən azad edilib. Yaydığı məlumat tamamilə yanlışdır və qərəzlidir. “Araz” Supermarketlər Şəbəkəsi heç bir halda məhsulun tarixini dəyişmir. Belə bir halın olması qeyri-mümkündür. Şirkətimizə qarşı böhtan xarakterli məlumat yaydığına və işgüzar nüfuzumuza vurduğu zərərə görə həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır”.

Related Articles

050-295-94-79
top