Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin etdi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.


Yeni nazir, general-polkovnik Vilayət Eyvazovun əmriylə el arasında “Bandotdel” kimi məşhurlaşan BMCMİ-yə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin edilib.


Xatırladaq ki, Əbülfət Rzayev 1968-ci il avqust ayının 11-də anadan olub. Ali pedaqoji və ali hüquq təhsilinə malikdir, polis sistemində ən savadlı kadrlardan biri kimi qəbul olunur, uzun müddət BDU-nun hüquq fakültəsində “Konstitusiya hüququ” və “İnzibati hüquq” fənlərindən dərs deyib.


1995-ci ildən həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində xidmət edir.


Polis sistemində xidmətə Ukraynada adi milis nəfərliyindən başlayan Əbülfət Rzayev 1995-ci ildən Azərbaycanda Ordubad ŞPİ-də sahə müvəkkili, Qaradağda əməliyyat müvəkkili, Nəsimi rayonunda Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili, Bakı şəhər Baş Polis İdrəsinin Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili, Xətai RPİ-də Cinayət Axtarış Şöbəsinin rəisi, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Şəki RPİ-nin rəisi, sonuncu təyinatına qədər isə Nəsimi RPİ-nin rəisi vəzifələrində işləyib.

“Belə bir vəzifəyə təyinatım son dərəcə gözlənilməz oldu”.

Bu sözləri qafqazinfo-ya açıqlamasında bu gün Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunan polkovnik Əbülfət Rzayev deyib.

O bildirib ki, belə bir yüksək posta təyinat onun üçün gözlənilməz olsa da, sevinclə qarşılayıb:

“Bu, əslində böyük məsuliyyət və etimad deməkdir. Çalışacam ki, öz işimlə bu etimadı doğruldum və ölkəmizin əmin-amanlığı naminə əzmlə çalışım”.

Related Articles

050-295-94-79
top