Məktəblilər “Bakcell”in qonağı oldu

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin ofisində “Dərs Evi” tədris mərkəzinin keçirdiyi “Yaaay!” proqramının iştirakçıları ilə görüş keçirilib. 

Proqramda iştirak edən məktəblilər “Bakcell” şirkətinin Əlaqə mərkəzinə səfər edib, 7×24 rejimində fəaliyyət göstərən mərkəzin iş prinsipi ilə tanış olub, operatorların abunəçilərlə danışığını izləyib, abunəçilərlə ünsiyyət qaydaları barədə məlumatlandırılıblar. Mərkəzin əməkdaşları onların çoxsaylı suallarını cavablandırıb.

Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. “Bakcell” abunəçiləri “555” Əlaqə mərkəzinə zəng vurmaqla və ya “Mənim Bakcellim” mobil tətbiqetməsindən istifadə etməklə öz mobil nömrələri ilə bağlı bir çox əməliyyatları həyata keçirə bilərlər.

Məktəblilərə peşə seçimində dəstək göstərmək məqsədi daşıyan “Yaaay!” proqramı çərçivəsində VIII-XI sinif şagirdləri IT, incəsənət, səhiyyə, mühəndislik, təhsil, aqro-biznes, maliyyə, nəqliyyat, telekommunikasiya, inşaat, turizm və otelçilik sahələrində fəaliyyət göstərən şirkətlərə səfər edib, onların iş prosesi ilə yaxından tanış olub özlərini bu peşələrdə sınamaq imkanı əldə edirlər.

Related Articles

050-295-94-79
top