Polis şəhid xanımının bölməyə hücumunun görüntüsünü yaydı – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Sosial şəbəkələrdə Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis bölməsində şəhid ailəsinə təzyiq edilməsi ilə bağlı yayılan məlumatdan sonra Daxili İşlər Nazirliyi hadisənin görüntülərini paylaşıb.

Görüntülər nazirliyin rəsmi “Facebook” hesabında yayımlanıb.

Videodan görünür ki, Xətai rayonunda yaşayan Arzu Əliyeva oğlu Qorxmaz Cahangirovun saxlanıldığı bölməyə gələrək orada polislərə təzyiq göstərib. Qadın polis əməkdaşlarından birinə hücum edib və onun üzünə yumruq vurub.

Sonra A.Əliyeva bölmənin qapısının şüşəsini sındırıb.

Nazirlikdən bildirilib ki, A.Əliyevanın oğlunun əsassız olaraq bölməyə aparılması və ailə üzvlərinə qarşı təzyiq və xəsarət yetirilməsi ilə bağlı iddiaları həqiqəti əks etdirmir, baş verənləri gizlətmək məqsədi daşıyır.

Related Articles

050-295-94-79
top