Nazirin bayrağımızı baş-ayaq qoyması ETİRAZA SƏBƏB OLDU (FOTOLAR)

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Aydinliq.az xəbər verir ki, görüş Yekaterinburqda keçirilən INNOPROM-2019 beynəlxalq sənaye sərgisi çərçivəsində baş tutub.


Görüş zamanı Azərbaycan bayrağı ilə bağlı tez-tez təkrarlanan hal baş verib. Nazirin qarşısına qoyulan bayrağımız yenə də baş-ayaq olub və yaşıl rəng yuxarıda olub.


Tədbirdə iştirak edən onlarla şəxs, dövlət rəsmilərinin heç biri bunu görməyib. Nə bilmək olar, bəlkə də görüblər, amma bayraqda rənglərin düzülüş qaydasını bilmirlər.


Nazirin bu diqqətsizliyi sosial şəbəklərdə tənqid edilib və hər zaman edilən taktikadan istifadə olunub. 


Foto özü baş-ayaq çevlrilərək paylaşılıb: “Nazir tərs dayansa da olar, əsas odur bayrağımız düz dayansın”.(Yeni Sabah) 

Related Articles

050-295-94-79
top