Bakının yeni prokuroru Elmar Vəliyevin bacısının kürəkənidir

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bir neçə gün əvvəl Bakının hərbi prokuroru təyin edilən İlyas Rzayevin bioqrafiyası cəmiyyət tərəfindən maraq doğurub. 


Yenilik.az xəbər verir ki, Criminal.az saytının yaydığı xəbərə görə, Rzayev İlyas Ramiz oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirib.


2005-ci ildən prokurorluq orqanlarına qulluğa qəbul edilərək, ərazi hərbi prokurorluqlarında müstəntiq, böyük müstəntiq, Hərbi Prokurorluğun Hərbi prokurorluqlarda istintaqa nəzarət və Dövlət ittihamının müdafiəsi üzrə şöbələrinin prokuroru, Hərbi Prokurorun köməkçisi, böyük köməkçisi, Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifələrində qulluq keçib.


İ.Rzayev prokurorluq orqanlarında qulluq keçdiyi müddətdə dəfələrlə mükafatlandırılıb. Baş Prokurorun 03.07.2019-cu il tarixli əmri ilə Bakı hərbi prokuroru vəzifəsinə təyin edilib. Ailəlidir, iki oğul və bir qız övladı var. 


Sayt yazır ki, İ.Rzayev Respublika hərbi prokuroru Xanlar Vəliyevin və Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin yaxın qohumudur. O, Vəliyev qardaşlarının bacısının kürəkənidir.

Related Articles

050-295-94-79
top