Mayordan beş ilə general rütbəsinə yüksəlişin sirri – İllər əvvəl Vilayət Eyvazovun əməliyyatçısı olub

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Daxili İşlər nazirinin birinci müavini təyin ediliən polis general-mayoru Seyfulla Əzimov Azərbaycanda polis strukturunda ən sürətli karyera yüksəlişinə sahib edən şəxsdir. Yeni nazir müavinin bioqrafiyasına baxanda məlum olur ki, 10 il müddətində bölmə rəisinin müavini vəzifəsindən nazirin birinci müavini vəzifəsinədək sürətli vəzifə sıçrayışı edib.Criminal.az xəbər verir ki, S.Əzimov yeni vəzifəsinə qədər Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi olub. O, bu vəzifəyə 2014-cü ildə sabiq Daxili İşlər naziri Ramil Usubovun imzaladığı əmrlə təyin olunub. “Bandotdel”ədək Quba Rayon Polis Şöbəsinin rəisi olan Əzimov, həmin vaxt yeni vəzifədə Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin olunan Mirqafar Seyidovu əvəzləyib.

Seyfulla Əzimovun 2009-cu ilin aprelinədək Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəis müavini olub. Həmin vaxt polis mayoru rütbəsində olan Əzimov 22-cü polis bölməsinə rəis təyin olunub. Elə həmin ərəfədə onun rəhbərlik etdiyi bölmənin ərazisində, ADNA-da 2009-cu ildə terror hadisəsi baş verdi və Əzimov həmin vaxt Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi kimi hadisə yerinə gələn ilk səlahiyyətli şəxslərdən olub. Onun akademiyada avtomatla yoxlama apardığını əks etdirən kadrlar da var. 

Qısa müddətdən sonra Əzimov Ramil Usubovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin rəis müavini təyin olunur. Bir müddətdən sonra 2011-ci ildə S. Əzimov müavinlikdən rəis vəzifəsinə qalxır. O, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alır.Üç ildən sonra isə ona daha böyük post – Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi etibar olunur. Beş il “Bandotedəl”in rəisi olan Seyfulla Əzimov Daxili İşlər nazirinin birinci müavini vəzifəsinədək yüksəlir. 

Daha əvvələ nəzər yetirəndə məlum olur ki, S.Əzimov 24-cü bölmənin rəis müavini olmamışdan qabaq “bandotel”də əməliyyatçı olub. Həmin vaxt isə “bandotdel”in rəisi V.Eyvazov idi. İddia etmək olar ki, Əzimovun Vilayət Eyvazova birincü müavin təyin olunması təsadüfi deyil. Daxili İşlər nazirinin birinci müavini vəzifəsi sıradan bir post deyil. Ora ən inanılmış və bacarıqlı şəxsi təyin edirlər. Görünür, S.Əzimovun əməliyyat bacarığına əvvəldən bələd olan V.Eyvazov illər keçsə də unutmayıb. 

Related Articles

050-295-94-79
top