AzTV-də 200 adam maaşsız qalıb- RÖVŞƏN MƏMMƏDOVUN BAĞLADIĞI 24 VERİLİŞ / SİYAHI

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Arif Alışanvoun AzTV sədrliyindən kənarlaşdırılması və kanala rəhbərliyin Rövşən Məmmədova həvalə edilməsindən bir neçə ay keçir.

Ötən müddət ərzində Rövşən Məmmədovun bir sıra proqramlarda dəyişikliklər etməsi və yeni simaları kanala dəvət etməsi haqqında məlumatlar da yayıldı. Etiraf etmək lazımdır ki, bu məlumatlar bir çox hallarda müsbət qarşılanıb. Ancaq AzTV-də baş verənlərin əsas mahiyyəti ictimaiyyətdən gizlin saxlanılıb.

Belə ki, bu dövlət kanalında baş verən dəyişikliklər və bunların narazılıq doğuran nəticələri də olub.

Gununsesi.org-u bilgiləndirən mənbənin sözlərinə görə, AzTV-dəki yeni proqramların yaradılması, bir sıra verilişlərin bağlanmasının arxasında külli miqdarda vəsaitin silinməsindən söhbət gedir.

Bildirilir ki, telekanalda yeni yayımlanan verilişlərin əksəriyyəti Rövşən Məmmədovun “Lider” Televiziyasında çalışan dostlarının ixtiyarına verilib.Kənar “prodakşn”larla bağlanan müqavilələr isə külli miqdarda vəsaitlərlə ölçülür. Yeni yaradılan verilişlərin aparıcıları isə mütailə qabiliyyəti zəif olan, söz bazası olmayan işçilərdir. Onların canlı veriliş zamanı üzə çıxan tək keyfiyyəti  musiqi səslənən zaman qol götürüb oynamalarıdır.

Məlumatda o da qeyd olunur ki, AzTV-də kadr məsələsinə Zemfira Əliyeva adlı bir xanıma həvalə edilib. Zemfira xanımın ilk işi isə Elmar adlı qohumunu maliyyə şöbəsinə rəhbər gətirməkdən ibarət olub. Hansı ki, mühasibatlıq uçotundan bixəbər olan Elmar üçün indi ayrıca müəllim tutulub və ona bu işləri öyrədir.

Zemfira Əliyeva, həmçinin özünün övladını da telekanalda işlə təmin etdirib.

Bütün bunlara baxmayaraq, AzTV-də 200 nəfərə yaxın işçi maaşsız və qonararsız qalıb.

Dövlət televiziyasında daha bir narazılıq isə ailəli və azyaşlı övladı olan xanımları ucqar rayonlara 2-3 günlük ezamiyyətə yollamaqla bağlıdır.

Rövşən Məmmədovun ləğv etdiyi verilişlər isə bunlardır:

  1. Caz Əfsanələri
  2. Yaradanlar ve Yaşadanlar
  3. . Ana Dili
  4. . Daş Nağılı
  5. . Azerbaycan Kinosu
  6.  Tam Ferqli
  7.  Balacam
  8. Bu axşam
  9. Kino Xeber
  10.  Serbest Söhbet
  11.  Kinosalname
  12.  Renglerin Neğmesi
  13.  Teatr
  14.  Ovqat 15.
  15. Pille 16.
  16. Dadlı Dünya
  17.  Palitra 18.
  18. Türk elleri
  19. Maarifçilik İşığında
  20.  Keçmişden Geleceye
  21.  Sönmez Ulduzlar
  22. . Zamanın Sorağında
  23.  Edebi Abideler
  24.  Anşlaq

Məsələ ilə bağlı AzTV sədri Rövşən Məmmədovun telefonuna etdiyimiz zənglər cavabsız qaldı.

Related Articles

050-295-94-79
top