Bahalı maşın almaq istəyən icra başçısı haqda maraqlı məlumatlar…

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Xəbər verdiyimiz kimi, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov xidməti istifadə üçün Mercedess Benz S350 model minik avtomibilinin alınması məqsədi ilə tender elan edib.


“Yeni Sabah” xəbər verir ki, bu elan dünəndən ölkə gündəmindədir. Xüsusilə məcburi köçkün rayonu olması üzündən mövzu kifayət qədər həssasdır və satış qiyməti 130 min dollardan başlayan avtomobil üçün elan tənqid edilir.

Bəs bu elanı verən icra başçısı haqda oxucular nə bilir?  “Yeni Sabah” A. Məmmədovla bağlı bəzi maraqlı məqamları təqdim edir.

Rəsmi Vikipediya səhifəsində yazılır ki, Aqil Məmmədov 1 aprel 1960-cı ildə Kəlbəcər rayonu Ağdaban kəndində anadan olub. Ali təhsillidir. 1987-ci il də Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb (52 yaşında?). 

O, 1976-cı ilin sentyabr ayında Kəlbəcər rayonundakı “Ağdaban“ kolxozunda kolxozçu kimi əmək fəaliyyətinə başlayıb. Sonralar Bakı şəhərində və keçmiş Xanlar (hazırki Göygöl) rayonunda Həmkarlar İttifaqı, Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin sədri, Göygöl rayon İdman idarəsinin rəisi, Göygöl rayonu “Məhsul” İdman Cəmiyyətində məşqçi müəllim, Göygöl şəhər 2 saylı tam orta məktəbində müəllim işləyib.

2006-cı ilin oktyabr ayından Kəlbəcər rayon İcra hakimiyyəti başçısı aparatında çalışır. Əvvəlcə aparatın İctimai təşkilatlar və siyasi partiyalar şöbəsində böyük referent vəzifəsində çalışıb, 2008-2013-cü ildə Kəlbəcər rayon İcra hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib. O, 4 mart 2013-cü il tarixdən isə Kəlbəcər rayon İcra hakimiyyəti başçısı vəzifəsində işləyir. Ailəlidir. 2 övladı var.

Bu icra başçısı ilə bağlı rəsmi tərcümeyi-haldır. Amma internetdə onunla bağlı kifayət qədər maraqlı iddialara da rast gəlmək mümkündür. Bu iddiaların doğru və ya yalan olması haqda heç bir fikrimiz yoxdur.

Məsələn, onların birində qeyd olunur ki, 90-98-ci illərdə A. Məmmədov Azərbaycanda fəaliyyət göstərən və o zaman ölkəmizdə geniş yayılan xristian dini sektaların birinin fəal üzvlərindən olub.

Başqa bir xəbərdə icra başçısının “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovun yaxın qohumu olduğu qeyd edilir.

Onun icra başçısı fəaliyyəti ilə bağlı da xeyli şikayətlərə rast gəlmək mümkündür. Ən çox təkrarlanan şikayətlərdən biri isə müxtəlif vəzifələrin rüşvətlə satılması iddiasıdır. Hətta bununla bağlı müvafiq dövlət qurumlarına edilmiş müraciətlər də internet mediada yer almaqdadır.

Ən maraqlı iddialardan biri isə budur. Bədən tərbiyəsi üzrə mütəxəssis olmasına baxmayaraq, icra başçısı sağlamlıq problemlərinə görə hərbi xidmətdə olmayıb.

Xəbərin mənbəyi: https://yenisabah.az/220-minlik-masin-alan-icra-bascisi-haqda-maraqli-melumatlar

Related Articles

050-295-94-79
top