Maliyyə nazirliyi Vüsal Novruzovun dövrünü yoxladı – nöqsanlar aşkarlandı

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Bakı Baş Gömrük İdarəsində apardığı yoxlama nəticəsində ciddi maliyyə yeyintiləri üzə çıxarıb.

Unikal.org xəbər verir ki, yoxlama nəticəsində məlum olub ki, Bakı Baş Gömrük İdarəsi Mühasibat uçotu və təchizat şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytinantı Nazilə Amanulla qızı Məmmədova 01 yanvar 2016-cı ildən 27 may 2018-ci ilə kimi gəlir vergisi, məcburi dövlət sosial sığorta haqlarını və digər ödəmələri təyinatına uyğun tam ödəməyərək əsas hissəsini, yəni 2 630870 (iki milyon altı yüz otuz min səkkiz yüz yetmiş) manatı həmin zaman Baş İdarənin rəisi olan, gömrük xidməti general-mayoru Vüsal Zeynal oğlu Novruzovun plastik kartına köçürüb. Beləliklə 17 ay ərzində hər ay təxminən 154757 (yüz əlli dörd min yeddiyüz əlli yeddi) manat təyinatından yayındırılaraq Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzovun hesabına köçürülüb.

Related Articles

050-295-94-79
top