“Nar”dan gənclərə növbəti iş fürsəti

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Gənclərə dəstək olmaq və onların uğurlu karyera qurmasına kömək etmək məqsədilə “Nar” son 6 ay ərzində 5-ci əmək yarmarkasında iştirak edib. Bakı Biznes Universitetində keçirilən “Məzun–2019” buraxılış tədbiri çərçivəsində mobil operator tələbə və məzunlara mövcud vakant iş yerləri haqqında məlumat verib. “Karyerada ilk addım” devizi altında keçirilən əmək yarmarkasında mobil operator müştərilər, satış və biznesin təhlili üzrə mütəxəssis vakant vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan başqa, “Nar” universitetin tələbə və məzunlarına uğurlu karyera barədə məsləhətlər verib. Tələbələr karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar. 

Qeyd edək ki, gənclərə dəstək və iş imkanlarına çıxışın təmin edilməsi “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasında yer alan istiqamətlərdən biridir. “Nar”ın davamlı olaraq həyata keçirdiyi KSM layihələri haqqında ətraflı məlumatı “nar.az” saytından əldə etmək olar.

Related Articles

050-295-94-79
top