“QHT-lər bizi şantaj etməkdənsə, layihə yazmağı öyrənsin” – Azay Quliyev

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“QHT-lər bizi şantaj etməkdənsə, layihə yazmağı öyrənsin”.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Səlis elektron vətəndaş proqramının tətbiqi”nin nəticəsinə həsr olunmuş brifinqdə Şura sədri Azay Quliyev bildirib.

Onun sözlərinə görə, layihəsi keçməyən bəzi QHT-lər şantaj işi ilə məşğuldur: “İstənilən QHT-nin layihəsini mətbuatda yerləşdirməyə hazırıq. Nə şantajla, nə təhdidlə, nə hədə-qorxu gəlməklə bizdən heç vaxt nəsə qopara bilərlər. Bizi şantaj etmək əvəzinə, haqqımızda böhtan yazmaq əvəzinə düzgün layihə yazmağı öyrənsinlər. Əgər istəyirlərsə, gəlsinlər, onlara təlim keçək. Bizim fəaliyyətimiz göz qabağındadır, bütün layihələr şəffaf şəkildə həyata keçirilir. Mən onlara demək istəyirəm ki, nə istəyirlər yazsınlar, nə şantaj, nə o hədə-qorxu bizi qorxudur. Biz də onların yazdıqlarını ictimaiyyətə çıxaracağıq, qoy ictimaiyyət özü qiymət versin. Bundan sonra görüm o QHT-lərin nə üzü olacaq. Biz Cənab Prezidentin verdiyi tapşırıqları yerinə yetirməyə qərarlıyıq, ölkədə aparılan islahatlara, quruculuq işlərinə öz töhfəmizi verməyə qərarlıyıq. Ona görə istərdim ki, QHT-lər özlərinin savadsızlığını ört-basdır etmək naminə bizim işlərimizə kölgə salmasın”.

Related Articles

050-295-94-79
top