Məcburi köçkün məktəbində müəllimlərdən pul yığılır? – Qalmaqallı əlyazma – Foto

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Qubadlı rayon Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbində müxtəlif bəhanələrlə pul yığılması ilə bağlı redaksiyamıza məlumat daxil olub.

Bizimyol.info-ya daxil olan məlumata görə məktəbin hazırda direktor əvəzi olan Xəyalə Yusifova müxtəlif bəhanələrlə, qəzet pulu, jurnal pulu, sığorta pulu, təmir pulu adı ilə müəllim kollektivindən pul yığır.

Məsələ ilə bağlı məktəblə əlaqə saxlamağa çalışsaq da (+9941865-4-23-76 əəlaqə nömrəsi) gün ərzində zənglərimizə heç bir cavab verilməyib.

Qubadlı rayon təhsil şöbəsinin inspektoru Zakir Qasımov isə bildirib ki, bu barədə təhsil şöbəsinə heç bir müraciət daxil olmayıb:

“Həmin məktəb çox nümunəvi bir məcburi köçkün məktəvidir. Sovet dönəmində bir neçə dəfə təltif edilib həmin məktəb yaxşı göstəricilərinə görə. Ötən il də qəbul faizi yüksək olub respublika üzrə. Direktoru da nümunəvi insanlardan idi, pensiyaya çıxdığına görə hazırda onun vəzifələrini bir xanım icra edir. Pul yığılması ilə bağlı bizə heç bir müraciət, şikayət edilməyib. Mən təhsil şöbəsinin müdiri ilə də bu məsələni danışaram, əgər belə bir müraciət olubsa bizə bu tərəfimizdən araşdırılardı”.

Related Articles

050-295-94-79
top