Bakıda bu yolun dərdinə çarə tapılmır – “Restoranlar küçəsi”ndə biabırçılıq (VİDEO)

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakıda bir sıra məhşur şadlıq sarayının yerləşdiyi Çobanzadə küçəsində uzun illərdir nəqliyyatın hərəkətinə yaradılan süni problemi hələ də həll etmək mümkün olmayıb.


Əsasən toyların başladığı ərəfədə – 17:00-dan sonra bu küçəyə daxil olmaq əsəblərin korlanması deməkdir.


Çünki, yolun hər iki istiqamətində çoxsaylı avtomobil saxlanılmasına görə, digər avtomobillər demək olar ki, hərəkət edə bilmir. Bu sıxlığın yaranmasına səbəb isə restoranların bir çoxunun avtomobil dayanacağı olmamasıdır. Bu səbəbdən toya gələn qonaqlar avtomobillərini yolda hərəkətə mane olacaq şəkildə saxlayırlar.


Hərəkət edə bilməyən digər avtomobillər isə yollarına davam etmək üçün bir çox hallarda yol hərəkəti qaydalarını da pozmaq məcburiyyətində qalırlar.


Maraqlısı budur ki, bu yolda yaşanan problemi nə yol polisi, nə də Bakı Nəqliyyat Agentliyi hələ də həll edə bilməyib. (BAKU.WS)

Related Articles

050-295-94-79
top