Nərimanov rayonunda ağac “qətliamı” – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakının Nərimanov rayonunda ağaclar kütləvi şəkildə kəsilib.

YENİLİK.AZ xəbər verir ki, müraciət edən oxucu Nərimanov rayonunda ağacların budanması adı ilə kütləvi şəkildə kəsilməsindən şikayət edib. O bildirib ki, ağaclar kəsildikdən sonra həmin ərazidə yaşayış binası tikiləcək.

Oxucunun məktubunu olduğu kimi təqdim edirik:

“Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, saatlı binanın arxa tərəfiində, Faiq Yisifov küçəsində gözəl və kiçik bir məhəllə var. Orada 150-ə yaxın ağac var. Həmin həyətdə ağaclar budanmaq adı ilə kökündən kəsilir. Artıq 15-a qədər ağac kəsilib. Ağacların əksəriyyəti nömrələnmişdir. Gerçək səbəb isə hündürmərtəbəli yaşayış binasının tikintisidir. Həmin həyətə ağacların kölgəsindən gün işığı düşmürdü. İllərlə böyüyb başa çatan ağaclar bir neçə saat içərisində məhv edilir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası” ilə bağlı qərarına əsasən diametri 4 sm-dək olan 1 ağac tikinti məqsədilə kəsildikdə 160 manat, digər məqsədlərlə kəsildikdə isə 80 manat ödəməlidirlər. Ağacın diametri artdıqca cərimənin məbləği də artır. Diametri 36 sm-dən artıq olan ağacın kəsilməsinə görə 800 manat cərimə müəyyən edilib.

Qeyd edək ki, bu Nərimanov rayonunda ilk ağac qətliamı deyil. Ötən həftə də Nərimanov rayonunda yaşıllığın məhv edilməsilə bağlı həyəcan siqnalı almışdıq. Belə ki, tanınmış telejurnalist Zamirə Dadaşova Nərimanov rayonunda ağacların kəsilməsi ilə sosial şəbəkədə bağlı həyəcan təbili çalıb.

YENİLİK.AZ
 xəbər verir ki, o, Nərimanov rayonu, A.Nemətulla 32 ünvanında ağacların budanmaq adı altında məhv edildiyini bildirib:

“Guya budayırlar, bir dənə yarpaq qoymayıblar ağaclarda. Qoy, media səsimizi cənab prezidentə və xanımına çatdırsın. Bu qədər də olmaz! Görün ağacların, yaşıllığın başına nə oyun açırlar. Cənab prezident ağac əkir, Nərimanov rayonunda ağacları kəsirlər. Ərazidə bəlkə 90-100 ağac var, məhv edib yerində bina tikəcəklər. Mən nə köçmək istəmirəm, nə də nəfəsimizi kəsdiyiniz o binalarda yaşamaq istəmirəm. Aidiyyatı qurumlar niyə göz yumurlar? Axı cənab prezidentin qəti göstərişi var, ağaclar kəsilməməlidir”.

Lakin görünür bu qədər yazılanlar Nərimanov rayonunun abadlığına, yaşıllıqların qorunmasına cavabdeh olanlara və yaşıllıqları məhv edənlərə maraqlı deyil.

Related Articles

050-295-94-79
top