Deputatın qardaşı vətəndaşın mülkünü əlindən alıb?- ŞİKAYƏT

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Tam bir zülm məngənəsinin içindəyəm. Bunun səbəbkarı 1995-ci ildə Rusiyadan Bakıya gələrək bir banka sahiblənən, 1997-ci ildə “İçərişəhər” Mirzə Şəfi 20 ünvandakı binanın 1 və 2-ci mərtəbələrində yerləşən mənzilləri alaraq, binanın üst qatlarının ona məxsusluğundan riqqətlənib, sonradan binanın yarımzirzəmisində yerləşən dükanın da ona aid olduğu iddiası ilə ona qanunsuz sahiblənmək istəyinə düşmüş, deputat Eldar İbrahimovun qardaşı Heydər İbrahimovdur”.

AFN aztoday.az-a istinadən xəbər verir ki, bu sözləri Bakı şəhər, Yasamal rayonu, C. Cabbarlı küçəsi, ev 20/67, mənzil 21-də qeydiyyatda olan Əliyev Cəlal İsmayıl oğlu sosial şəbəkə hesabında paylaşıb. 

Heydər İbrahimov 25 ildən çox bir müddətdə dükan kimi fəaliyyət gösrtərən, iki dəfə əsaslı təmir olunmuş obyekti mənimsəmək istəyir: “1993-cu ildən etibarən Nigar Quliyeva tərəfindən (2016-cı ildə haqq dünyasına qovuşub) dövlətdən rəsmən icarəyə götürülməklə dükan kimi işlədilmiş və sonradan 2004-cü ildə tam qanuna müvafiq şəkildə dövlət xəzinəsinə N qədər pul köçürülməklə özəlləşdirilən və 2005-ci ilin yanvarında mənə notarial qaydada, dövlət şəhadətnaməsi ilə satılan bu obyekt (üstündən 15 ilə yaxın müddət keçməsinə, bu məsələ 2004-cü ildə Ali Məhkəməyə qədər Nigar Quliyevanın xeyrinə çözülməsinə baxmayaraq) 2018-ci ilin avqustundan yenidən Heydər İbarhimov tərəfindən mübahisə predmeti kimi məhkəməyə yönləndirilib və mənim haqsız məhkəmə proseslərində süründürməçiliyimə rəvac olub. Heydər İbrahimov 2018-ci ilin avqustun 2-də qaldırdığı (mənim Nigar Quliyeva ilə bağladığım alqı satqı müqailəsinin etibarsız hesab edilməsi və əmak komitəsinin 2004-cü ildə özəlləşmə ilə bağlı çıxardığı qərarın ləğvi ilə bağlı) Səbail rayon məhkəməsində qaldırdığı iddia üzrə işi uduzmaqla yanaşı, mahiyyəti eyni olan iş üzrə İnzibati İqtisad məhkəməsində də qaldırdığı iddia azmış kimi, indi də Səbail məhkəməsindən appelyasiya şikayəti verib. İnzibati İqtisad məhkəməsində hakim Elvin Əliyev, Appelyasiya məhkəməsində hakim Zaur Əliyevdir.

Demək 2019-cu il aprelin 12-si Heydər İbrahimov 1 saylı İnzibati İqtisad məkəməsinə eyni məsələ ilə bağlı eyni iddia ilə müraiciət edib və bununla yanaşı Səbail rayon məhkəməsinə iddia ərizəsini geri götürmək və qarşı tərəfə barışıq təklifi ilə müraciət ünvanlayır. Ortada faktiki aprelin 12-dən özünün İnzibati İqtisad məhkəməsində qaldırdığı yeni iddia ərizəsi ola-ola, aprelin 16-sı məhkəmə günü (Səbail rayon məhkəməsində), vəkili vasitəsi ilə rəsmən barışıq təklifi ilə çıxış edir. 

Demək iddianı Səbail məhkəməsindən geri götürməklə məsələnin hər zaman yenilənməsini qüvvədə saxlayıb, İnzibati İqtisad məhkəməsində eyni məsələ üzrə yeni iş qaldırmaqla mənə ikiqat təsir gücü əldə etmək nəzərdə tutulubmuş. 2005-ci ildə min bir əziyyətlə qazanıb aldığım daşınmaz əmlakımın dəyər-dəyməzinə məndən almaq, bütün binaya sahiblənmək məqsədi daşıyıb. Vəkil Günay xanımın ayıq-sayıqlığı sayəsində Heydər İbrahimovun məqsədi həyata keçmədi və proses davam etdirilərək hakim Şahin Abdullayevin ədalətli hökmü ilə sonuclandı. Hakim iddianı tam əsassız hesab etdi. Qondarma ekspert rəyi də köməyə çatmadı. Hakim ekspert rəyinə haqlı iradlar bildirdi.

Qayıdaq məsələnin əsas tərəfinə. Demək 1997-ci ildə H.İbrahimov yuxarı mərtəbələrdəki mənzillərə sahibləndiyi zaman binanın yarımzirzəmisində yerləşən sahə artıq 4 ildən artıq bir müddət idi ki, Nigar Quliyeva tərəfindən dövlətdən dükan kimi rəsmən icarəyə götürülmüşdü və rəsmən dükan kimi fəaliyyət göstərməklə konkret mənfəət gətirirdi. Təxminən bu ərəfələrdə Nigar Quliyevanın iş ortağı Cahanbala tüfeyli həyat tərzi sürməsi üzündən dükandan tam uzaqlaşdırılmışdı. 2001-ci ildə Heydər İbrahimov Cahanbalaya 5 min dollar verərək (sonradan bu pulun Cahanbaladan alındığı deyilir), əlindən, “dükanın halallığını verdim” məzmunlu kağız alınmaqla (bu kağız parçası Heydər İbrahimovun Nigar xanımla 2004-cü ildə məhkəmə çəkişməsində keçib) dükanı almış olduğunu düşünür. 

Nəhayət 2004-cü ildə Nigar Quliyeva 11 il dövlətdən icarəyə götürmüş olduğu dükanı tam qanuni şəkildə, dövlət xəzinəsinə pul köçürməklə özəlləşdirib və bu başıbəlalı dükanı da 2005-ci ilin yanvar ayında mənə notariat qaydada, şəhadətnamə ilə satıb. Alqı-satqıdan sonra yuxarı qonşu ilə məhkəmə çəkişməsinin olduğunu və o qonşunun da Appelyasiya Məhkəməsinə qədər uduzduğunu, narahatlığa bir səbəb olmadığını, əsassız iddialara fikir verməməyimi mənə tövsiyyə etdi. Amma narahat olmaya bilməzdim. Nəhayət Nigar xanımın Ali məhkəməni də udmasından sonra məsələnin tam çözülməsini təxmin edib bir az rahatladım. Bu arada Cahanbalanın da təhdidləri ilə qarşılaşmalı oldum. 

Bu arada Nigar xanımın dediklərindən bir neçə xatırlamanı da diqqətinizə çatdırmaq istəyirəm. Heydər İbrahimovla məhkəmə çəkişmələri ərəfəsində sən demə Nigar xanım iki hörmətli deputatlarımız, Eldar İbrahimov və Arif Rəhimzadə ilə görüşüb və onların hər ikisi də bu məsələyə hiddət və qınaq bildirməklə bərabər, köməksiz xanıma öz yardımlarını əsirgəməyəcəklərini bildiriblər. Sonrakı illərdə Heydər İbrahimovun mənə qarşı davamlı təhdid və təzyiqləri azmış kimi, 2018-ci ildən əsassız iddialarla məhkəmələrə çəkməklə həqiqi zülm məngənisinə salması, görünür məni bu iki hörmətli deputatlarımızla yenidən görüşməyə məcbur edəcək”.

Related Articles

050-295-94-79
top