“İnteqral” şirkəti 15 İyunu bayram hesab eləmir?-VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Hər il 15 İyun Azərbaycanda Milli Qurtuluş günü kimi qeyd olunur. Amma təəssüf ki, 14 fevral uydurma “sevgililər gününə” bir çox şirkətlər endirimlər təklif etsələr də 15 İyunu nədənsə diqqətdən qaçırırlar.

Ölkədə ən böyük şirkətlərdən biri, Samsung-un Azərbaycandakı rəsmi nümayəndəsi İnteqral şirkətinin mağazası olan Maxi.az şəbəkəsində demək olar ki, bütün bayramlarda 10% endirim təklif edilir. Məsələn son bir ayda 28 May Respublika günü, Ramazan bayramı ilə əlaqədar olaraq bir neçə gün Maxi.az mağazalar şəbəkəsində bayram endirimləri tətbiq edilib, xeyli vətəndaş da bu imkandan yararlanıb. Belə gözəl təşəbbüslərə görə təbii ki, təşəkkür düşür. Lakin çox maraqlıdır ki, 15 İyun Milli Qurtuluş günündə Maxi.az şəbəkəsində həmin 10% endirimlər gözə dəymədi. Maraqlı gəldiyi üçün mağazalar şəbəkəsinin *0900 nömrəsinə zəng etdik. Telefona cavab verən Ramin bəydən 15 İyunla bağlı endirimlərin nəzərdə tutulmamasının səbəbini soruşduqda cavab verə bilməyəcəyini dedi və bayramdan sonra əlaqə saxlamağı, yaxud da *9292 qısa nömrəsilə əlaqə saxlamağı məsləhət gördü.

Ən gülməlisi isə bundan sonra baş verdi. *9292 nömrəsinə zəng etdikdə virtual olaraq düz 6 ay geriyə səyahət etmiş olduq. Belə ki, telefona qoşulan avtocavablandırıcı əvvəlcə 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə bizi təbrik elədi, ardınca isə bildirdi ki, dekabrın 31-i və yanvarın 1-i qeyri-iş günləridir.

Buna baxmayaraq biz yenə də İnteqral şirkətinin mövqeyini öyrənib dərc etməyə çalışacağıq.

Sonda xatırladaq ki, 15 İyun Milli Qurtuluş günü sıradan bir bayram deyil, Azərbaycanın xanlıqlara, məlikliklərə, bəyliklərə parçalanmaqdan, vətəndaş müharibəsindən, qardaş qırğınından Xilas olduğu gündür.

#maxi.az

Related Articles

050-295-94-79
top